Accessibility links

AŞPA Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib


AŞPA_logo
AŞPA_logo

AŞPA tərəfləri ATƏT-in Minsk Qrupu çətçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışını fəallaşdırmağa çağırır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsi mayın 31-də Yerevanda keçirilən iclası ilə əlaqədar bəyanatla çıxış edib:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışı Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəlikdir. Bu kontekstdə ATƏT-in Minsk Qrupu çərçivəsində, “Madrid prinsipləri” əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas yaradan danışıqlara tam dəstək ifadə edirik.
Assambleya Ermənistanı və Azərbaycanı Avropa Şurası Nazirlər Komitəsində sədrliyin onlara verdiyi imkanlardan iki üzv dövlətin və onların əhalisinin barışmasına yardım etmək məqsədilə istifadə etməyə, habelə ATƏT-in Minsk Qrupu çətçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışını fəallaşdırmağa çağırır.

Assambleyamız hər iki üzv dövlətin parlamentariləri arasında dialoqa və etimad mühitinin yaradılmasına yardım üçün parlament diplomatiyası vasitəsilə ondan asılı olan hər şeyi etməyə hazırdır”, deyə bəyanatda qeyd edilir.
XS
SM
MD
LG