Accessibility links

ATƏT-in Minsk qrupunun formatı dəyişdirilməlidirmi? - ümidsizlik və mandatın imkanları


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa

Ermənistan-Azərbaycan münaqişəsində irəliləyiş yoxdur və gözlənilmir, ATƏT-in Minsk qrupu vasitəçi deyil, söz daşıyandır, Minsk qrupunun formatı dəyişdirilməlidir, münaqişə ilə bağlı danışıqlar dayanıb, Ukrayna böhranının, daxili ictimai-siyasi durumun münaqişənin nizamlanmsı prosesinə təsirləri və s. Bu və digər məsələlər fevralın 10-da Humanitar Tədqiqatlar Cəmiyyətinin “ATƏT-in Minsk qrupu: ümidsizlik və yaxud mandatın imkanları” mövzusunda keçirdiyi dəyirmi masada əsas müzakirə mövzuları olub.

Forumda erkspertlər və tələbələr iştirak edib

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun girovluğundadır. Minsk qrupu BMT-nin mandatı ilə fəaliyyət göstərir, amma BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Ermənistan prezidenti deyir Ağdam Azərbaycan ərazisidir, Minsk qrupu deyir cəbhənin təmas xəttidir”, deyə politoloq Mübariz Əhmədoğlu narazılığını ifadə edib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa

Onun fikrincə, Minsk qrupunun formatı dəyişdirilməlidir.

“Minsk qrupu yarananda Çexoslovakiya var idi. İndi bilinmir, Minsk qrupunda Çexiya təmsil olunur, ya Slovakiya. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin mandatı rezin kimi uzanmaqda davam edir. Monitorinq keçirilir, bilinmir hansı ölkənin ərazisidir. Azərbaycanın ərazisi demək əvəzinə təmas xətti deyirlər. Sual olunur, təmas xətti hansı ölkənin ərazisində yerləşir”, o qeyd edib.

Minsk qrupu yarananda Çexoslovakiya var idi. İndi bilinmir, Minsk qrupunda Çexiya təmsil olunur, ya Slovakiya. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin mandatı rezin kimi uzanmaqda davam edir.

Ekspertlər Minsk qrupunun həmsədrlik institutunun formatının və tərkibinin dəyişdirilmnəsini vacib sayır. Onların fikrincə, həmsədrlərin siyahısında Almaniya və Türkiyə də olmalıdır.

Həmçinin münaqişənin nizamlanması ilə bağlı gündəlik ATƏT tərəfindən BMT-nin qətnamələrinə uyğun müəyyən edilməli və yerinə yetirilməlidir. Çünki Minsk qrupu konsesusla qərar qəbul edir və bu Ermənistanın xeyrinədir.

Politoloq İlqar Vəlizadə hesab edir ki, Minsk qrupu vasitəçilik missiyası deyil, münaqişədə yaranmış situasiyalara menecerlik edir.

“Onların fəaliyyəti yalnız müharibə riskini azaltmağa yönəlib. Minsk qrupu istəmir ki, gərginlik artsın. O zaman Gürcüstan da münaqişəyə qoşular və siyasi maraqlar daha geniş ərazidə toqquşar”, o qeyd edib.

Tarixçi Rauf Rəcəbov hesab ki, Rusiya Minsk qrupunun həmsədri ola bilməz.

Təcavüzkar Rusiya necə vasitəçi ola bilər?

“Barak Obama Rusiyanı təcavüzkar adlandırdı. Ukrayna Radasının qərarı var. ATƏT üzvləri, o cümlədən Azərbaycan Rusiyanı işğalçı kimi tanıyacaq. Ermənistan da təcavüzkardır. Ona isə bu təcavüzdə Rusiya kömək edir. Təcavüzkar Rusiya necə vasitəçi ola bilər?”, o sual edib.

Ekspertlər Minsk qrupunu mövcud status-kvonu dəyişə bilməməkdə günahlandırıb.

“Minsk qrupunun mandatı status kvonu dəyişməkdir, amma dəyişə bilmir. Belə olan halda Minsk qrupunun formatı dəyişməlidir. Gündəliyi həmsdər dövlətlər deyil, BMT qətnamələri müəyyən etyməlidir”, Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa

Bunun əksini söyləyən ekspetlər isə hesab edir ki, Minsk qrupunun, həmsədrlik institutunun formatını dəyişməyin əhəmiyyəti yoxdur.

“ATƏT və Minsk qrupu çətir rolunu oynayır. Bu çətir altında üç ölkə (Amerika, Fransa, Rusiya) münaqişəni idarə edir. Bu üç ölkə münaqişənin həllini istəmirsə, formatın dəyişməsinin, həmsədrlərin sayının artırılmasının mənası yoxdur. Həmsədrlərin sayı çoxalarsa, bu halda onların özlərini bir araya gətirmək üçün vasitəçiyə ehtiyac yaranacaq”, politoloq Rasim Musabəyov qeyd edib.

Onun fikrincə, hazırda danışıqlar yoxdur.

Prezidentlətin Kazan görüşündən (2011-ci ilin iyunu) sonra ortada təkliflər də yoxdur. İndı danışıqlar yox, söhbət gedir. Azərbaycan konkret olaraq sülh sazişi üzrə maddə-maddə müzakirə istəyir.

“Prezidentlərin Kazan görüşündən (2011-ci ilin iyunu) sonra ortada təkliflər də yoxdur. İndı danışıqlar yox, söhbət gedir. Azərbaycan konkret olaraq sülh sazişi üzrə maddə-maddə müzakirə istəyir. Bu isə ərazi bütövlüyü və işğal olunmuş torpaqların azad edilməsi çərçivəsini diqqətə gətirir. Ona görə də Ermənistan müzakirələri uzadır”, politoloq bildirib.

Musabəyova görə, Ukrayna ilə bağlı danışıqlar əhəmiyyətlidir.

“Hamı Ukrayna danışıqlarını gözləyir. Rusiya deyir ki, siz Kosovanın müstəqilliyini tanıdınız, biz də Krımı tanıdıq. Bu proses davam etsə Şimali Kiprin müstəqilliyinin tanınması aktuallaşacaq. Bunun ardınca isə Şimali Qafqaz problemi gündəliyi tutacaq”.

Rusiya deyir ki, siz Kosovanın müstəqilliyini tanıdınız, biz də Krımı tanıdıq. Bu proses davam etsə Şimali Kiprin müstəqilliyinin tanınması aktuallaşacaq.

O hesab edir ki, hazırda Azərbaycanın Ermənistana qarşı sərt mövqeyi düzgün addımdır.

“Münaqişə başlayanda Cənubi Qafqazda 7 milyon azərbaycanlı, 5 milyon erməni yaşayırdı. İndi cəmi 2 milyon 800 min erməni qalıb. Ermənlər regionu sürətlə tərk etməkdədir. İndi Ermənistan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının 15 faizi qədərindədir”, Musabəyov fikrini bu faktlarla təsdiq edib.

Politoloq Zərdüşt Əlizadə Minsk qrupnu “bataqlıq” adlandırıb.

Ermənistana dəstəyi məhz həmsədr ölkələr verir. Rusiya hərbi, Amerika maliyyə, Fransa siyasi yardım edir. Azərbaycana isə deyirlərr ki, Ermənistanla kompromisə get.

“Burada üç həmsədr var. Münaqişə tərəflərinin birninin zəngin təbii sərvətləri, geniş iqtisadiyyatı var, əhalisi qarşı tərəfdən üç dəfə çoxdur. O biri tərəf isə çox kasıbdır, heç nəyi yoxdur. Ermənistana dəstəyi məhz həmsədr ölkələr verir. Rusiya hərbi, Amerika maliyyə, Fransa siyasi yardım edir. Azərbaycana isə deyirlərr ki, Ermənistanla kompromisə get”, o qeyd edib.

Politoloq hesab edir ki, müharibədə qalib gəlmək üçün beynəlxalq və yerli hüquq tanınmalıdır.

“Beynəlxalq hüquq BMT-nin qətnamələridir. Daxildə isə seçki, insan hüquq və azadlıqları tanınmalıdır. Yoxsa dədə-baba torpaqlarını verib, gəlib Bakıda neft-qaz alveri etməklə qalib gəlmək olmaz. Bu informasiya siyasəti ilə, Azərbaycan televiziyalarının indiki informasiya yayımı ilə, indiki təbliğat siyasəti ilə Qarabağı azad etmək olmaz. Azərbaycan problemi həll etmək istəmir. Həll etmək istəsə hüquqlara hörmət edilər, QHT-lər əzilməz”, o qeyd edib.

Müzakirələr fəqrli fikirlər fonunda davam edib.

XS
SM
MD
LG