Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində durum (Təhlil)


ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

"Həmsədrlər ATƏT-in Daimi Şurası və Minsk Qrupu qarşısında hesabat verdi. İndi isə biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparmaq üçün Nyu-York və Vaşinqtona gedirik". Bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter hesabında yazıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

Minsk Qrupunun həmsədrləri oktyabrın 26-28-də regionda səfərdə olub. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərin bu ilin sonunadəkgörüş üçün razılıq verdiyini bəyan edib.

Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 27-də qoşunların təmas xəttini keçən zaman atəşkəs rejimi pozulub və onlar istehkamda sığınmağa məcbur olub.

Noyabrın 4-də Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsində Robert Volterin

Robert Volter
Robert Volter

“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə qəbul edilib. Məruzənin qəbul edilməsindən sonra amerikalı həmsədr Ceyms Uorlik və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı hər hansı sənədin qəbulu zamanı Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşmənin vacibliyini bildirib.

“Biz -Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ nizamlanmasında ardıcıl, işgüzar, təmkinli dialoqun əvəzinə bu mövzunun nizamlanma ilə məşğul olmayan müxtəlif beynəlxalq arenalara çıxarılmasının qəti şəkildə əleyhinəyik. Beynəlxalq birlik adından heç kim onlara belə tapşırıq verməyib”, Rusiya xarici işlər naziri qeyd edib.

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Bu bəyanatlara Azərbaycan Xarici İşlər Nazirliyi sərt və qismən tənqidi açıqlamalarla cavab verib.

Azərbaycan Xarici İşlər Nazirlıiyinin şərhlərindən sonra noyabrın 12-də ATƏT-in Minsk Qrupunun həmsədrləri bnirgə bəyanatla çıxış edib.

“AŞPA-da hazırda müzakirə olunan qətnamə layihəsi və məruzə ilə bağlı bu qurumun Qarabağ münaqişəsinin nizamlanmasına olan diqqətini nəzərə alırıq. Bizinsanların, o cümlədən mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişə xeyli müddətdir uzanır. Tərəflər dinc nizamlanmanı sürətləndirmək üçün zəruri tədbirlər görməlidirlər.

Azərbaycan prezidenti Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Azərbaycan prezidenti Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Biz əminik ki, nizamlanmaya nail olunmasına dair tədbirlər Fransa, Rusiya və ABŞ prezidentlərinin birgə bəyanatında qeyd edildiyi kimi tərəflərin qarşılıqlı razılığı əsasında olmalıdır.

ATƏT-in mandatına uyğun olaraq bizim vəzifəmiz dinc nizamlanmaya, əsasən hərtərəfli nizamlanma üçün danışıqların asanlaşdırılmasına yardım göstərməkdir.

Biz konkret mövqelər üzrə hakim və ya vəkil deyilik”, həmsədrlər qeyd edib.

Bu bəyanat da Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyası ilə qarşılanıb.

“Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk Qrupu həmsədrlərinin Avropa Şurasının Parlament Assambleyasının müvafiq hesabatına və qətnaməsinə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə əlaqədar fundamental sənədlərinə münasibəti əslində onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə “hazırlığı”nı bir daha göstərdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 12 noyabr tarixli açıqlamasına münasibət bildirib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadlarını itirmələrindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib.

“Azərbaycan münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək”, mətbuat xidmətinin rəhbəri qeyd edib.

Noyabrın 13-də isə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin BMT Daimi Şurasında çıxışına cavab bəyanatı da yayılıb.

Sənəddə deyilir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının həmsədrlər üçün müəyyən etdiyi mandat və tapşırıqlar əsasında qurulan sülh prosesinin tərəfdarıdır, lakin danışıqlar naminə danışıqlar aparmaq istəmir.

“Əgər ATƏT-in bu münaqişənin sülh yolu ilə həllində marağı varsa, bizim nümayəndəlik ATƏT-ə üzv ölkələri və Minsk Qrupunun həmsədrlərini vasitəçilər üçün olan təlimatları nəzərə almağa çağırıblar. Birincisi, ATƏT-in Minsk Qrupu həmsədrləri öz fəaliyyətlərini ciddi şəkildə onların mandatını müəyyən edən BMT TŞ-nin müvafiq qətnamələri, 1994-cü il ATƏT Budapeşt sammitinin qərarları və BMT xartiyası əsasında qurmalıdırlar. İkincisi, həmsədrlər gecikmə olmadan Böyük Sülh Sazişi istiqamətində danışıqlar üzrə səylərini artırmalıdırlar. Üçüncüsü, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa məcbur edilməli və həmsədrlər bu ölkəni sülh maraqları naminə “status-kvo”dan əl çəkməyə məcbur etməlidir. Dördüncüsü, həmsədrlər sülh prosesini inhisara almaq cəhdlərindən və bu prosesin irəli aparılmasına yönəlik təşəbbüslərin qarşısını almaqdan imtina etməlidirlər. Həmsədrlərin

Həmsədrlər daha da aktivləşməli və danışıqlar prosesinə qarşı olan bütün maneələrin qarşısını almalıdırlar.

münaqişənin həllinə təşəbbüs göstərən digər beynəlxalq qurumlara və ikitərəfli təşəbbüslərə konstruktiv yanaşmasına ehtiyac var və onların təkliflərin verdiyi imkanlardan yararlana bilərlər. Həmsədrlər daha da aktivləşməli və danışıqlar prosesinə qarşı olan bütün maneələrin qarşısını almalıdırlar. Beşincisi, Azərbaycanın ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək cəhdləri ilə bağlı narahatlıqlar ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən nəzərə alınmalıdır. Çünki oradakı vəziyyət birbaşa olaraq münaqişənin həlli perspektivinə təsir edir. Həmsədrlər Ermənistanı həmin ərazidə təxribatlar törətmək fikrindən yayındırmalıdır, çünki bu, sülh prosesinə zərərlidir”.

APA agentkliyinin yaydığı bəyanatda deyilir ki, yuxarıda sadalanan çətinliklərə baxmayaraq, Azərbaycanın bu danışıqların nəticə verəcəyi ilə bağlı ümidləri Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradəsinin olmasını göstərir.

“Azərbaycan münaqişənin humanitar, hərbi, siyasi, iqtisadi və sosial nəticələrinin aradan qaldırılması və tez bir zamanda siyasi həllinin tapılmasında ən çox marağı olan tərəfdir. Ölkəmiz 1988-ci ildən didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpasını istəyir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına riayət olunmaqla həll edilməlidir. Biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq”.

Azətrbaycan tərəfi iki ölkə prezidentinin növbəti görüşünü səbirsizliklə gözləyir.

Sənəddə deyilir ki, bu kontekstdə Azətrbaycan tərəfi iki ölkə prezidentinin növbəti görüşünü səbirsizliklə gözləyir.

“Ümid edirik ki, bu görüş münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqları irəliləməsi üçün əsas olacaq”, sənəddə qeyd edilir.

Prezidentlərin gözlənilən görüşü ərəfəsində cəbhə xəttində yenidən vəziyyət kəskinləşib.

Cəbhə xətti
Cəbhə xətti

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 12-də axşam saatlarında cəbhə xəttində erməni diversiya qrupuna atəş zərbəsi endirildiyini bildirir. Atəş zərbəsi nəticəsində iki hərbçi öldürülüb, yaralıların olduğu deyilir.

Belə bir çətin durumda Minsk Qrupunun həmsədrləri qarşıdakı günlərdə məsləhətləşmək üçün Vaşinqton və Nyu-Yorkda toplaşacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG