Accessibility links

Azərbaycanın cavabı: Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır


Hikmət Hacıyev
Hikmət Hacıyev

Ermənistan prezidenti Serj Sarkisyan aprelin 4-də ATƏT ölkələrinin səfirləri qarşısında çıxış edərkən Qarabağda genişmiqyaslı müharibə təhlükəsi olduğunu bildirib.

“Hərbi əməliyyatların daha da gərginləşməsi tam miqyaslı müharibəyə qədər təxmin edilməsi və qarşısının alınması mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Bu, təkcə Cənubi Qafqaza deyil, Avropa regionunda təhlükəsizlik və sabitlik məsələlərinə də təsir edəcək”, o bildirib.

S.Sarkisyan Azərbaycanı Qarabağda “əvvəlcədən hazırlanmış ssenari üzrə” hərbi əməliyyat həyata keçirməkdə ittiham edib və “müharibəni təhrik edən” və açıq-aşkar Bakının siyasətini dəstəkləyən Türkiyənin mənfi rolunu qeyd edib.

Daha sonra o bildirib ki, ATƏT tərəfindən vəziyyətin monitorinqi üçün imkanları artırmaq lazımdır və Yerevan vəziyyəti tənzimləmək üçün “məntiqli güzəştlərə” hazırdır.

Sonda Sarkisyan deyib: “Döyüş əməliyyatları həqiqətən davam edərsə və genişmiqyaslı əməliyyatlara keçərsə, Ermənistan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyacaq”.

Bu hədələrə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, aprelin 3-də Azərbaycanın təktərəfli qaydada atəşi kəsməsinə baxmayaraq, Ermənistan tərəfi Azərbaycan tərəfin yaşayış məntəqələrini və mövqelərini atəşə tutmaqda davam edib.

“Azərbaycan atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”, deyə Hacıyev bildirib.

XS
SM
MD
LG