Accessibility links

Valter Ştaynmayer: Münaqişə nə qədər uzanarsa, yeni eskalasiya riski, Azərbaycanla Ermənistan arasında müharibə riski artar


Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer

Bu günlərdə tək Liviya və Suriyadakı münaqişələr deyil, Dağlıq Qarabağ münaqişəsi də bizi narahat olmağa məcbur edir".

APA agentliyinin məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer may;n 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən əvvəl bildirib.

Onun sözlərinə görə, altı həftə əvvəl təmas xəttində döyüşlərin kəskinləşməsi onu göstərib ki, status-kvo uzunmüddətli perspektivdə dayanıqlı deyil.

"Münaqişə nə qədər uzanarsa, yeni eskalasiya riski, hətta Azərbaycanla Ermənistan arasında müharibə riski artar.

ATƏT münaqişələrin həllində vacib rol oynayır. Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk qrupu həmsədrləri kimi, atəşkəs rejimini möhkəmləndirməyə və siyasi prosesin bərpa olunmasına çalışır. Biz münaqişənin dayanıqlı həlli istiqamətində irəliləməyə səy göstəririk.

Fikrimizcə, əsas məqsəd kimi təmas xəttində atəşkəs rejiminə əməl olunmalı, etimad tədbirləri razılaşdırılmalı və danışıqlar prosesinə başlanılmalıdır. Bu, bir qədər zaman alacaq, bir gecədə heç bir qərar olmayacaq, lakin bu o demək deyil ki, biz münaqişənin həlli ilə bağlı səyləri məhv etməyə imkan verməliyik", - deyə o qeyd edib.

XS
SM
MD
LG