Accessibility links

Suriyanın Dəraa şəhərinə havadan zərbə endirilib


Suriyanın hökumət qüvvələri cənub Dəraa şəhərinə havadan zərbə endirib, artilleriya hücumu həyata keçirib.

Hücum rəqib döyüşçülərin hökumətin şəhərdəki mövqelərini hədəf almasından bir gün sonra həyata keçirilib.

Dəraanın çox hissəsi tərəflərin qarşıdurması səbəbi ilə viranəliyə çevrilib.

Yerli müxalifət fəalları hökumət qüvvələrinin günortayadək 90 raket və bomba saldığını bildirir.

Cümə günündən bəri 31 döyüşçününü öldürüldüyü xəbər verilir. Tərəflər demək olar ki, bərabər itki verib.

Döyüşlər Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə əldə edilən razılığa əməl edilmədiyini göstərir. Razılıq Dəraa da daxil edilməklə, Suriyanın 4 zonasında atəşkəsi nəzərdə tutur.

Müharibədən əvvəl 100 minə yaxın əhalisi olan bu şəhər 2011-ci ildə Əsəd rejiminə qarşı ilk nümayişlərə səhnə olub.

Bu arada, ABŞ-ın dəstəklədiyi ərəb-kürd qüvvələri “çox tezliklə” İslam Dövləti (İŞİD) qruplaşmasının paytaxt elan etdiyi Raqqa şəhərini azad etməyə başlayacaq.

Suriya Azadlıq Ordusu
Suriya Azadlıq Ordusu

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü Cihan Şeyx Əhməd deyib ki, SDF “çox tezliklə” Rəqqa uğrunda döyüşə başlayacaq.

Raqqa Fərat çayının şimalında, Türkiyəylə sərhədin 90 kilometrliyində yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG