Accessibility links

Güneyli fəal Daryuş Əndəlibiyan zindana göndərilib


Daryuş Əndəlibiyan Mahabad zindanına aparılıb
Daryuş Əndəlibiyan Mahabad zindanına aparılıb

Qoşaçaylı fəal daha öncə Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd etdiyi üçün 9 ay həbsə məhkum edilib

Azərbaycan Milli Hökümətinin ildönümü mərasiminə qatıldığı üçün İran məhkəmələri tərəfindən həbsə məhkum edilmiş güneyli fəal Daryuş Əndəlibiyan 9 ay həbs müddətini tamamlamaq üçün ötən günlərdə rəsmi adı Mahabad olan Soyuqbulaq şəhərinin həbsxanasına göndərilib.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, Əndəlibiyan oktyabrın 18-də Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərindəki iş yerində saxlanılaraq vilayətin digər şəhəri Soyuqbulaq zindanına aparılıb.

Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahimi keçən il dekabrın 12-də Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində 1945-46 illərində Seyyid Cəfər Pişəvəri öndərliyində qurulmuş Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd edərkən Ettelaat məmurları tərəfindən həbs ediliblər.

Əndəlibiyan ötən sentyabr ayında Amerikanın Səsinə verdiyi müsahibədə özü və digər dostlarının saxlanma günündən həbsxana və məhkəmə prosesinə qədər Ettelaat məmurları və hakimlər tərəfindən dəfələrlə pis rəftar və qanunsuzluğa məruz qaldığını ifadə edərək, İran məhkəməsinin təhlükəsizlik qurumunun sifarişi ilə hökm çıxardığını önə çəkmişdi.

Güneyli fəal müsahibədə həmçinin qanuna qarşı heç bir addım atmadığını, qanunlar çərçivəsində özü və xalqının haqlarını tələb etdiyini vurğulayıb.

XS
SM
MD
LG