Accessibility links

Raşmor dağında sirli otaq


Raşmor dağında daş heykəllər
Raşmor dağında daş heykəllər

ABŞ-da ən məhşur məkanlardan biri olan Raşmor dağı onilliklərlə öz az tanınan gizli sirrini saxlayıb. Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkoln kimi ABŞ prezidentlərini təsvir edən nəhəng daş heykəlin içərisində gizli otaq tapılıb.

Raşmor dağında sirli otaq
Raşmor dağında sirli otaq

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, Abraham Linkolnun başının arxasında yerləşən gizli otaq ABŞ-ın tarixi sənədlərlə dolu zalı kimi xidmət etmək üçün nəzərdə tutulubmuş.

1927-1941 illərdə abidənin tikintisi zamanı heykəltaraş Gutzon Borglum məhşur qranit simaları müşayiət edən daha böyük otaq düzəltməyi planlaşdırırdı. Lakin, Gutzon bu otağın tikintisi başa çatana kimi vəfat edir və otaq onilliklər ərzində yarımçıq şəkildə qalır. Buna baxmayaraq 1990-cı illərdə otağın tikintisi nəhayət başa çatdırılır və otaq Amerikanın tarixi, İstiqlal Bəyannaməsi və ABŞ Konstitusiyasını əhatə edən sənədlər toplusu ilə doldurulur.

Raşmor dağında daş heykəllər
Raşmor dağında daş heykəllər

“Ümid edilir ki, minlərlə illər keçəndən sonra gələcək nəsil bu sirli otağa rast gələrək Amerika tarixi haqqında daha ətraflı öyrənmək imkanı əldə edəcək”, səfirlik qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG