Accessibility links

Vaşinqtonda Əkrəm Əylislinin "Daş Yuxular" əsərinə həsr olunmuş tədbir keçirilib


Mikayıl Məmmədov

Mikayıl Məmmədov

19 aprel Vaşinqtonda Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnsitutunun təşkilatçılığı ilə Əkrəm Əylisilinin Daş Yuxular adlı kitabına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Corctaun Universitetinin professoru Mikayıl Məmmədov Daş Yuxular əsərinin təsirlərini müzakirə edib.

Onun firkincə 2006-cı ildə Macarıstanda erməni əsgəri öldürməsi ilə 2012-cü ildə Macarıstan həbsxanasından Azərbaycana köçürüldüyü zaman Ramil Səfərovun qəhrəman kimi qəbul edilməsi Əkrəm Əylislinin bu əsəri nəşr etməsinə səbəb olub.

Mikayıl Məmmədov Əkrəm Əylislinin yazılarının Orhan Pamuk və Salman Rüşdinin yazdıqlarına bənzədiyini deyərək onların da öz millətlərinin tarixin hər hansı bir anında həyata keçirdiyi zorakılıqları qələmə aldıqlarını vurğulayıb.

Məmmədovun dediyinə görə, 2012-ci ildə Bakıda Əkrəm Əylisliyə qarşı baş verənlər 1965-ci ildə erməni yazıçı Qurgen Mahariyə qarşı da edilib. Buna səbəb isə kitabında Maharinin Erməni İnqilab Partiyasının Osmanlı rəsmilərinə qarşı törətdiyi zorakılıqlar barədə bəhs etməsi oliub.

Məmmədovun fikrincə Əkrəm Əylislinin Daş Yuxular əsərini yazmaqda məqsədi ermənilərin azərbaycanlılara qarşı nifrət hissini azaltmaq idi, çünki bu əsərdə o bir azərbaycanlının ermənilərə olan mərhəmətini göstərir.

O həmçinin hər hansı bir erməni yazıçının azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında yazılarının olmadığını vurğulayıb və bunun bəlkə də zəruri olduğunu deyib.

Mikayıl Məmmədov Azərbaycanla Ermənistan arasında müharibənin və nifrətin yaranmasında siyasətçiləri günahkar görür.

Cəbhə bölgəsində son duruma istinad edən Məmmədov deyib ki, onun sosial mediada müşahidə etdikləri hər iki tərəfdə əsasən də gənclərin bir-birlərinə böyük nifrət bəslədiklərini göstərir. Hazırkı vəziyyətdə isə o, yaxın zamanlarda münaqişənin sülh yolu ilə həll olunacağına və bu iki millətin yenidən sülh içində yaşayacağına ümidinin az olduğunu deyib.

XS
SM
MD
LG