Accessibility links

Dağıstan respublikasında yüksək vəzifəli rəsminin bomba partlayışı zamanı sağ qaldığı bildirilib


Hadisə regionun etnik siyasət, məlumat və xarici münasibətlər naziri Bekmurza Bekmurzayev öz avtomobilində işə gedərkən baş verib

Rusiya polisi Dağıstan respublikasında yüksək vəzifəli rəsminin sürücüsünün həlak olduğu, onun cangüdəninin yaralandığı bomba partlayışından xilas olduğunu bildirib. Polis partlayışın bu gün Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verdiyini bildirib. Hadisə regionun etnik siyasət, məlumat və xarici münasibətlər naziri Bekmurza Bekmurzayev öz avtomobilində işə gedərkən baş verib. Onlar bildiriblər ki, avtomobilin altında yerləşdirilən bomba partlayaraq naziri müşaiyət edən sürücünün ölümünə, cangüdəninsə yaralanmasına səbəb olub. Bekmurzayev kontuziya diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis hadisəni nazirin həyatına qəsd cəhdi kimi qiymətləndirib. Rusiyanın Şimali Qafqaz regionunun bir hissəsi olan Dağıstanda atışma və partlayışlar haqda məlumatları demək olar ki, hər gün verilir. Rusiya rəsmiləri hücumların əksəriyyətinə görə islamçı yaraqlıları təqsirləndirir. Zorakılıqların bir hissəsi isə mütəşəkkil cinayət və klanlar arasında rəqabətlə əlaqələndirilir.

XS
SM
MD
LG