Accessibility links

Dağıstanda naməlum şəxs mer müavininə hücum edib


O xəstəxanaya çatdırılıb və üzərində cərrahiyə əməliyyatı aparılıb

Rusiyanın cənubundakı Dağıstan respublikasında polis bildirib ki, naməlum hücumçu mer müavininə atəş açaraq onu ağır yaralayıb. Gizlyar şəhərinin mer mavin Vasili Namıçkin bu gün işə gedərkən atəşə tuş gəlib. O xəstəxanaya çatdırılıb və üzərində cərrahiyə əməliyyatı aparılıb. Silahlı şəxsin kimliyi müəyyən edillməyib. Rəsmilər bildirib ki, başqa bir hadisədə maşınlarında daşıdıqları partlayıcı maddənin işə düşməsi nəticəsində iki nəfər həlak olublar. Dağıstanın başqa bir hissəsində təsadüfü güllə beş və on doqquz yaşlı uşaqları öz evlərində yaralayıb. Hadisə silahlı şəxsin Dərbənddə evin yaxınlığında yerləşən polis məntəqəsinə hücum edən anda baş verib. Çeçenistan, Dağıstan və İnquşetiya da daxil olmaqla müsəlmanlar çoxluq təşkil edən Şimali Qafqaz respublikalarında hökumət rəsmilərinə və təhlükəsizlik qüvvələrinə hücumlar demək olar ki, hər gün baş verir.

XS
SM
MD
LG