Accessibility links

Dağıstanda təhlükəsizlik qüvvələri hücumlara məruz qalıb


Dağıstanda təhlükəsizlik qüvvələri hücumlara məruz qalıb
Dağıstanda təhlükəsizlik qüvvələri hücumlara məruz qalıb

Rusiyanın qaynar Dağıstan bölgəsində baş verən qanlı insidentdə bir polis zabiti və bir əsgər qətlə yetiriliblər. Xasavyurt qəsəbəsində naməlum silahlı şəxslərin hücumuna məruz qaldıqdan az sonra polis zabiti dünyasını dəyişib. İkinci hadisədə Dağıstanın Kizlər rayonunda dəmiryol kənarına qoyulmuş partlayıcı qurğu işə salınıb. Hadisə yerinə gələn bir qrup əsgəri silahlı qrup pusquya salıb. Atışma zamanı yaralanan əsgərlərdən biri sonradan hospitalda keçinib. Əsasən müsəlmanların məskunlaşdığı Şimali Qafqaz respublikalarında zorakılıqlar tez-tez baş verir. Polis və başqa rəsmi orqanlar iki çeçen müharibəsinin ardınca regionda yayılmış İslamçı hərəkata məxsus qruplar tərəfindən gündəlik hücumlara məruz qalırlar.

XS
SM
MD
LG