Accessibility links

Britaniya baş naziri ofşor şirkətdə hissələrinin olduğunu etiraf edib [Video]


Britaniya baş naziri ofşor şirkətdə hissələrinin olduğunu etiraf edib
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Britaniya baş naziri ofşor şirkətdə hissələrinin olduğunu etiraf edib

Britaniya baş naziri Deyvid Kameron mərhum atasının təsis etdiyi "gizli" şirkətdən gəlir əldə etdiyini etiraf edib. Bu açıqlamalar ötən həftə Panamada fəaliyyət göstərən hüquq şirkətindən sızan sənədlərdə ofşor sərvətlərlə bağlı həqiqətlərin üzə çıxmasından sonra verilir. Lakin Kamerondan da daha çox əsas diqqət hazırda Britaniyanın ofşor maliyyə sitemindəki roluna yönəlib.

Burada bankirlər, hüquqşünaslar, mühasiblər, piarçılar, əmlak agentləri, yəni işi asanlaşdıran bir sıra insan var. Çirkli pulların yuyulması sistemi bütövlükdə çox gözəl işləyir və bu sistemdə minlərlə insan çalışır.
Roman Borisoviç

Günlərdir mətbuatda irəli sürülən fərziyyələrdən sonra Britaniya baş naziri Deyvid Kameron özü və xanımı Samantanın ofşor şirkətlərindəki hissələrindən gəlir əldə etdiklərini etiraf edib.

“Samanta və mənim ortaq hesabmız və Blairmore İnvestisiya fondunda 5 min hissəsimiz var idi. Biz bu hissələri 2010-cu ilin yanvarında satdıq. Onların dəyəri isə təxminən 42 min dollar təşkil edirdi,” deyə Kameron bildirib.

Bu, baş nazirin özü üçün xəcalətlilik olsa da, əsas diqqət Britaniyanın bu ofşor şirkətlərindəki rolu üzərindədir.

Panamada fəaliyyət göstərən Mossack-Fonseca hüquq şirkətindən sızan sənədlərdə adı çəkilən ofşor şirkətlərin yarısından çoxu Britanyanın dəniz ərazilərində qeydiyyatdan keçib. Onlardan 110 mini elə təkcə Britaniya Virgin adalarında qeydiyyatdadır.

“Biz Birləşmiş Krallığın bütün “ vergi cənnətlərində” fəaliyyət göstərən şirkətlərin əsl sahiblərinin adlarını açıqlayacaq ictimai reyestrlərin yaranmasına çağırırıq.”

London əhalisi Kameronun istefaya getməsini tələb edir
London əhalisi Kameronun istefaya getməsini tələb edir

Gizli ofşor şirkətləri zənginlərə qanunsuz gəlirlərini gizlətmək və ya vergidən yayınmağa yardım edir. Bu isə ölkələrin gəlir əldə etməsinin qarşısını alır.

“Bu hallardan biri də Konqo Demokratik Resublikasında əldə olunan beş gizli razılıq nəticəsində ofşor şirkətlər vasitəsilə dvölət büdcəsindən 1.4 milyard dolların itirilməsi olub. Bu məbləğ isə Konqonun səhiyyə və təhsil büdcəsindən ikiqat artıqdır."

Panama sənədlərində London bütün dünya zənginlərinin pullarını yatırdıqları əsas məkan olaraq qeyd olunub, əsasən də daşınmaz əmlak səhəsində.

Bu hallardan biri də Konqo Demokratik Resublikasında əldə olunan beş gizli razılıq nəticəsində ofşor şirkətlər vasitəsilə dvölət büdcəsindən 1.4 milyard dolların itirilməsi olub. Bu məbləğ isə Konqonun səhiyyə və təhsil büdcəsindən ikiqat artıqdır.

Korrupsiyaya qarşı mübarizə kampaniyasını aparan Roman Borisoviç hər ay Britaniya paytaxtında "Kleptokratiya Turu"nun təşkilinə yardım edir. Bu turda onlar Londonda rusiyalı oliqarxlar və ərəb milyarderlərinin də sahib olduğu multi-milyon dollarlıq malikanələri nümayiş etdirilir.

Amerikanın Səsinə Skype vasitəsilə danışan Borisoviç Londonun bu sistemdə əsas mərkəz olaraq qaldığını deyir.

“Burada bankirlər, hüquqşünaslar, mühasiblər, piarçılar, əmlak agentləri, yəni işi asanlaşdıran bir sıra insan var. Çirkli pulların yuyulması sistemi bütövlükdə çox gözəl işləyir və bu sistemdə minlərlə insan çalışır.”

London may ayında onlarla dünya liderinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə sammitinə ev sahibliyi edəcək. Bir çoxları isə Britaniyanın ilk öncə ölkə daxilində korrupsiyaya qarşı mübarizə aparmalı olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG