Accessibility links

Davud Turan: Azərbaycandan Məclisə seçilmək istəyən namizədlər xalqın istəklərini dilə gətirməlidir


Fevralın 26-da da İranda Qərblə Tehran arasında nüvə razılaşmasının əldə edilməsindən sonra ilk dəfə keçirilən partlament seçkiləri Qərb müşahidəçiləri tərəfindən demokratik prinsiplərdən çox uzaq kimi qiymətləndirilib. Seçkilərin nəticələrinə əsasən, 290 yerlik parlamentdə yerlərin 220-nə artəq millət vəkilləri seçilib. Qalan 70 yer uğrunda mübarizə aprel ayında seçkilərin ikinci turunda davam etdiriləcək. Bu il seçkilərdə 75 azərbaycanlı namizədin iştirak etdiyi bildirilir. Güney Azərbaycan Sosyo-Kültürel Araşdırmaları GÜNASKAM-ın sədri Davud Turan Amerikanın Səsinə müsahibədə seçkilərin nəticələri və azərbaycanli namizədlərin iştirakından danışıb.

Davud Turan bildirib ki, İranda İslam inqilabından sonra dövlət tərəfindən ciddi nəzarət şəraitdə keçirilən seçkilərdə Milli Məclisə hökumətin dəstəklədiyi namizədlər seçilib. O, fevralın 26-ı seçkilərinub də istisna olmadığını qeyd edib: “Bu seçkilərdə də elə oldu. Bir çox azərbaycanlı seçkilərə qatılıb Məclisə seçilmək istəyirdi. Amma onların seçkidə iştirakına icazə verilmədi. Əslində, böyük bir ümid yaranmışdı, çünki onlar Azərbaycan milli hərəkatının səsi olmaq, azərbaycanlıların istəklərini dilə gətirmək istəyirdi. Amma buna icazə verilmədi.”

Davud Turan bildirib ki, azərbaycanlılar onları narahat edən problemlərə diqqət yetirməyən namizədlərə səs verməyib, bununla hökumətə onların istəklərini önə çəkməyən namizədləri seçmək istəmədiklərinə dair mesaj göndərir. Onun sözlərinə görə, parlamentdə olan azərbaycanlı millət vəkilləri İran konstitusiyasında təsbit edilmiş ana dilində təhsil hüququnun təmin edilməsi kimi məsələləri parlament səviyyəsində müzakirəyə çıxara biliblər.

"Bir çox azərbaycanlı seçkilərə qatılıb Məclisə seçilmək istəyirdi. Amma onların seçkidə iştirakına icazə verilmədi. Əslində, böyük bir ümid yaranmışdı, çünki onlar Azərbaycan milli hərəkatının səsi olmaq, azərbaycanlıların istəklərini dilə gətirmək istəyirdi."-Davud Turan

Davud Turan deyib ki, seçkilərə qatılan azərbaycanlı namizədlər əsas etibarilə xalq tərəfindən dəstəklənir. İnsanlar onların iqtisadi vəziyyətinin yaxşılaşmasına nail ola, eləcə də ictimai, siyasi istəklərini çatdıra biləcək namizədləri dəstəkləyir. “Elə namizədlərlə səs verirlər ki, onların istəklərini Tehranda çatdıra bilsinlər, onların kimliyi və tarixinə təhqirlə yanaşmasınlar. Azərbaycanda bir məsələ olanda onların arxasında dayansın. Güney Azərbaycanda etiraz aksiyaları keçirildikdə bəzi millət vəkilləri məsələni məclisə çıxara bilirlər, xalqın istəyinin arxasında durmaq istəyirlər.”

Bununla belə Davud Turanın sözlərinə görə, İran parlamentində xalqın istəklərini dəstəkləyən azərbaycanlı vəkillərin sayı çox deyil. O, azərbaycanlı millət vəkillərinin irəli sürdüyü layihələrin digər partlament üzvləri tərəfindən qarşısının alındığını qeyd edib. “Maraqlıdır ki, keçən dönəm seçkilərə qatılan namizədlərin bu dəfə seçkilərdə iştirakına izn verilmədi. Çünki hətta seçki sürəcində azərbaycanlıların istəklərinin dilə gətirilməsinə imkan vermirlər. Amma seçkilərə qatılan digər namizədlər bilir ki, Azərbaycanda səs almaq istəyirlərsə azərbaycanlıların istəklərini dilə gətirməlidirlər. Dilə gətirirlər də. Amma məclisə getdikdən sonra bunu parlamentdə davam etdirə bilən çox az millər vəkili var.”

Davud Turanın fikrincə, nüvə razılaşmasında nəzərdə tutulduğu kimi sanksiyaların aradan qaldırılmasından sonra İranla Qərb arasında münasibətlərdə yaxınlaşma mümkün olsa da, rəsmi Tehran Qərb və ABŞ-a qarşı yürütdüyü siyasəti davam etdirəcək.

XS
SM
MD
LG