Accessibility links

Davudoğlu: Avropa İttifaqı ilə razılığa əsasən 20 suriyalı Türkiyəyə qaytarılıb


Türkiyənin Baş naziri Əhməd Davudoğlu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Avropa İttifaqı ilə Egey dənizi vasitəsilə Avropaya miqrant axınını dayandırmaq məqsədilə əldə edilən razılığa əsasən 20 suriyalının Türkiyəyə qaytarıldığını bildirib.

Xalqa müraciət çıxışının medianın əldə etdiyi mətninə əsasən, Davudoğlu bunun müqabilində Avropada məskunlaşmaq üçün 110 suriyalının Avropaya geri qaytarıldığını bildirib.

Türkiyə və Avropa İttifaqı keçən ay Avropaya qeyri-qanuni miqrasiyanın qarşısının alınması müqabilində Ankaraya maliyyə və siyasi təkliflərə dair mübahisəli razılq imzalayıb.

Türkiyə ilə Suriya sərhədi yaxınlığında Qaziantep vialyətində İslahiyyə qaçqın düşərgəsi

Türkiyə ilə Suriya sərhədi yaxınlığında Qaziantep vialyətində İslahiyyə qaçqın düşərgəsi

Razılığa əsasən, Ankara ölkədə sığınacaq verilən qaçqınlara görə maliyyə ilə təmin edilir, eyni zamanda Avropa İttifaqına üzvlüyə dair dalana dirənmiş danışıqlar canlandırılır və türklərin Avropaya vizasız səfərlərinə icazə verilir.

Bunun əvəzində Türkiyə miqrantlar və qaçqınların ölkədən Avropaya qeyri-ənənəvi yollarla səfərlərinin qarşını almalı və bu yolla quruma daxil olan 28 ölkədən miqrantları geri qəbul etməlidir.

Davudoğlu deyib ki, Avropa İttifaqı ilə razılaşma insan faciəsinin qarşısının alınması məqsədi daşıyır. "Biz suriyalı qaçqın qardaşlarımıza Avropaya getmək istədikdə düzgün yolları göstərmək üçün böyük səy göstərmişik"-deyə o bildirib.

Baş nazir deyib ki, 12 nəfər Adana şəhərinə göndərilib. Onlar oradan Suriya sərhədindəki Osmaniyyə qaçqın düşərgəsinə göndəriləcəklər.

XS
SM
MD
LG