Accessibility links


Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Suriya müxalifətini azad və demokratik ölkə qurmaq kimi birgə məqsədlər naminə birliyə çağıraraq xəbərdarlıq edib ki, prezident Bəşar Əl-Əsəd hökuməti zəif və qeyri-mütəşəkkil müxalifətdən yalnız bəhrələnə bilər.

Qahirədə Ərəb Liqasının ev sahibliyi etdiyi müxalifət nümayəndələrilə görüşdə danışan Davutoğlu deyib ki, Suriya hökuməti tarixi hadisələrin cərəyanını dəyişmək üçün faydasız cəhd göstərir.

Türkiyə xarici işlər nazirinin sözlərinə görə, beynəlxalq ictimiayyətin rolu Suriyada keçid prosesinə dəstək verməkdən ibarətdir. O, cümə günü Parisdə 100-dən çox ölkə və təşkilatın iştirakı ilə “Suriyanın dostları” qrupunun görüşünün keçiriləcəyini deyib.

Qahirə konfransı Suriya müxalifətinin siyasi keçidə dair BMT-nin dəstəklədiyi planı rədd etməsindən sonra keçirilir.
XS
SM
MD
LG