Accessibility links

Əhməd Davutoğlu Vaşinqtondadır


Türkiyənin xarici işlər naziri iki günlük rəsmi səfərlə Vaşinqtondadır. Əhməd Davutoğlu səfəri çərçivəsində ABŞ-ın yüksək səlahiyyətli rəsmiləri ilə qarşılıqlı əlaqələr və regional inkişafları müzakirə edir.

Pentaqonda müdafiə naziri Çak Heygellə danışıqlar əsasən Suriya ətrafında olub. ABŞ-ın müdafiə naziri Əhməd Davutoğluna Suriya qaçaınlarına göstərilən humanitar yardımlara görə təşəkkürünü bildirib.

Nazir günü ikinci yarısında amerikalı həmkarı Con Kerri, müdafiə naziri Çak Heygel və ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Raysla görüşməlidir.

Müzakirələrin diqqət mərkəzində Suriyanın vətəndaş müharibəsi, İraq, İran və Əfqanıstanda vəziyyət kimi məsələlər yer alır. Davutoğlu Türkiyədə sığınacaq tapan suriyalı qaçqınları məsələsini də gündəmə gətirməlidir. Türkiyənin Çindən uzunmənzilli raket müdafiə sistemi əldə etmək seçimi də müzakirələr mövzusudur.

Səfərindən 3 gün əvvəl Əhməd Davutoğlu “Xarici Siyasət” jurnalında dərc edilən məqləsində ABŞ-la Türkiyənin uzunmüddətli müttəfiq olduğunu və gələcəkdə də tərəfdaşlıq siyasətini davam etdirəcəklərini yazıb. Nazir ölkələr arasında soyuqlaşma olduğuna dir iddiaları rədd edib. “Amerika və Türkiyə ayrılmaq kimi bir lüks seçimə malik deyil. Bizim birgə fəaliyyətimiz regionun sabitliyi və təhlükəsizliyinə xidmət edir. Bunun nəticəsi kimi biz ABŞ-la əks-terrorizm, müdafiə, silahların yayılmaması, enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlığımızı ərinləşdirmişik” - deyə, Davutğoğlu yazıb.

Türkiyənin xarici işlər naziri son dəfə Amerikada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla may ayında olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG