Accessibility links

Türkiyə xarici işlər naziri Yerevandadır [Video]


Əhməd Davudoğlunun səfərinə Yerevanda etiraz

Əhməd Davudoğlunun səfərinə Yerevanda etiraz

Yerevanda Davutoğlunun səfərinə etiraz aksiyası olub


Dekabrın 12-də Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun Ermənistana səfərinə etiraz olaraq Yerevanda aksiya keçirilib.

Ermənistan mediasının məlumatına görə, “Daşnaksütyun” Partiyasının Tələbə Birliyi və “İrs” Partiyasının gənclər qanadı mitinq keçiriblər.

Toplaşanlar tələb ediblər ki, Türkiyə 20-ci əsrin əvvəlində baş vermiş erməni soyqırımını tanısın və kompensasiya ödəsin.

Aksiya iştirakçıları tələb edib ki, Davudoğlu “dərhal onların vətənini tərk etməli, Ankaraya dönməli və havanı “çirkləndirməməlidir”.

Aksiya “Marriott Armenia” otelinin binası qarşısında keçirilib.

Dekabrın 12-də Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir. Ə.Davudoğlu görüşdə iştirak etmək üçün Yerevana gəlib.

Aksiya zamanı otelin yaxınlığında çoxsaylı polis işçiləri dayanıb.

Bu gün Yerevanda Əhməd Davudoğlu ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş də olub.

Gğrüşdə Ə.Davudoğlu bildirib ki, Ankara Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır və Türkiyə tərəfi Yerevanla Bakı arasında əlaqələrin normallaşması üçün bütün addımlara hazırdır.

“Ankara Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm verir, lakin bu əlaqələrin normallaşması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır”, Davutoğlu qeyd edib.

2009-cu ildə iki ölkə hakimiyyəti diplomatik münasibətləri bərpa etmək və sərhəddi açmaq niyyətində olub. Protokollar imzalanıb. Bundan sonra, Azərbaycanda və Türkiyədə Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən qoşunlarını çıxarmayınca sərhəddin açılması geniş etirazlarla qarşılanıb.

Etirazlardan sonra sənədin parlamentlərdə ratifikasiyası baş tutmayıb. Son anda Türkiyə bildirib ki, Ermənistanla münasibətlərin normallaşması yalnız Bakı və Yerevan arasındakı münaqişə nizamlandıqdan sonra mümkün ola bilər.
XS
SM
MD
LG