Accessibility links

Dünya Bankı Azərbaycana dəstək verməyə hazırdır


Dünya Bankı neft qiymətləri haqqında
Dünya Bankı neft qiymətləri haqqında

Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır.

Bu barədə Dünya Bankının Azərbaycan nümayəndəliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Dünya Bankı Azərbaycan hökuməti ilə özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli kompleks tədbirləri müzakirə edir.

Yanvarın 28-dən Dünya Bankının Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Beynəlxalq Valyuta Fondu isə (BVF) İqtisadiyyat Nazirliyində danışıqlar aparıb, dünya bazarlarında neft qiymətlərinin azalmasının mənfi təsirinin minimuma endirilməsi məsələlərini müzakirə edib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan və BVF arasında əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

Daha sonra BVF nümayəndə heyəti Dövlət Neft Fondunda qəbul edilib. Burada da əməkdaşlıq məsələləri müzakirə olunub.

Rəsmi məlumata görə, BVF və Azərbaycan təcili beynəlxalq maliyyə yardımı paketinin cəlb edilməsi haqqında danışıqlar aparmır.

Dövlət Neft Fondu qeyd edir ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var, makroiqtisadi vəziyyət isə stabildir.

Görüşdə “Azərbaycanın İlham Əliyevin strategiyası, proqramı çərçivəsində yeni iqtisadi modelə keçidi” mövzusu qaldırılıb. Bu strategiya və modelin məhz nədən ibarət olduğu məlumatda açıqlanmır.

XS
SM
MD
LG