Accessibility links

Azərbaycan millisi Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə DÇ-2018-in seçmə mərhələsinin püşkü atılıb. Püşk zamanı Avropa zonası üzrə 52 yığmanın hansı səbətlərdə yer alacağı əvvəlcədən müəyyənləşib.

6 səbətin 5-də 9, son səbətdə isə 7 yığma yer alıb. Ali futbol qurumunun reytinqində 108-ci olan Azərbaycan millisi 5-ci səbətdə qərarlaşıb. Nəticəyə görə 6 komandanın olduğu C qrupunda yer alan Azərbaycan millisi Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.

Dünya çempionatına ev sahibliyi edəcək Rusiya millisi birbaşa mundialın final mərhələsinə qoşulacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcək, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq.

Avropa zonasında qrupların tərkibi:

A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq

B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer Adaları, Latvia, Andorra

C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, AZƏRBAYCAN, San Marino

D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan

E qrupu: Rumınya, Danimarka, Polşa, Çernoqoriya, Ermənistan, Qazaxıstan

F qrupu: İngiltərə, Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta

G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrael, Makedoniya, Lixteynşteyn

H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Estoniya, Kipr

İ qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya

XS
SM
MD
LG