Accessibility links

Vaşinqton Kolumbiya Mahalının 51-ci ştat kimi tanınmasını tələb edir [Video]


Bu ilin noyabr ayında Vaşinqton Kolumbiya Mahalının 51-ci ştat kimi tanınması üçün referendum keçirəcək. Bundan əvvəl edilən cəhdlərin boşa çıxmasına baxmayaraq, bu yeni cəhd həm tərəfdarlar, həm də tənqidçilər tərəfindən müsbət qarşılanıb.

Coş Börç 1776-cı ildəkı inqilabi “nümayəndəlik yoxdursa vergi də yoxdur” çağırışı ilə razılaşır. “Mənim 18 yaşım tamam olanda mən səs verə bilməyəcəyimi anladım və mən uşaqlarımın da 18 yaşı olanda Amerika vətəndaşı kimi səs verə bilməyəcəkləri ilə razılaşa bilmərəm.”

Vaşinqton şəhərində doğulan Börç “Kolumbiya Mahalının Qonşular Birliyi” fonduna başçılıq edir. Təşkilat şəhər merinin başçılığı ilə Kolumbiya Mahalı sakinlərinə səs və seçkilərdə səsvermə hüququ üçün təsis edilən hərəkatın bir hissəsidir.

Konstitusiya Konqresə ölkəni idarə etmək üçün on kvadrat mildən artıq olmayan ərazi üzərində nəzarət hüququ verir.

Bu mahalda 700 minə qədər insan yaşayır ki, onlar vergi verir, lakin 1961-ci ilə qədər prezident seçkilərində səs verməyə hüququ olmayıb. Onların Senatda və Nümayəndələr Palatasının müzakirələrində iştirak edən “kölgə” nümayəndələri olsa da, hələ də Kapitolidə səs verə bilən üzvləri yoxdur

“Kölgə” senatorlardan Pol Stross deyir ki, ştat statusunun verilməsi ilə mahal sakinləri tam hüquqa malik olardı. “Kolumbiya Mahalının sakinlərinın hərbi qulluğa getməsi, federal vergi ödəməsi, öz hökumətləri üçün bütün vəzifələri yerinə yetirməsinə baxmayaraq, onlar 50 ştatda yaşayan amerikalılarla eyni hüquqa malik deyil.”

Vəkillər Kolumbiya Mahalı əhalisinin sayının Vermont və Vayoming ştatlarının əhalisindən daha çox olduğunu və həmin ştatların Senatda Nyu-York və Kaliforniya ştatları qədər nümayəndəsi olduğunu deyirlər. Buna baxmayaraq mahalın ştat kimi tanınmasının kifayət qədər əleyhdarı da var.

Kato institutunun “Konstitusiyaların Araşdırılması Mərkəzi”nin rəhbəri Rocer Pilon Kolumbiya Mahalına ştat statusu verilməsinın Konstitusiyaya zidd olduğunu deyir. “Doktrinada məhdud səlahiyyətlərin olması federal hökumətin yeni ştat yaratmasında böyük problemlər yarada bilər.”

Debatlar isə noyabr ayında, Kolumbiya Mahalı sakinlərinin Dövlətçilik Komissiyasının təklif etdiyi yeni ştat planına səs verdiyi zaman davam edəcək.

XS
SM
MD
LG