Accessibility links

ABŞ Dövlət Departamenti: Rusiya Cenevrə razılığına əməl etməsə, bunun nəticələri ilə üzləşəcək


ABŞ Rusiyanın Ukraynada binaları zəbt edən nümayişçilərə çağırış etmək kimi bir məsuliyyət daşıdığını bildirir.

Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, əgər Rusiya gərginliklərin azaldılması üçün ölçülər götürməsə, Cenvrədə əldə edilən razılığın şərtlərinə əməl etməsə bunun nəticələri ilə üzləşəcək.

Psaki Amerikanın Ukraynanın yeni hökumətinin çevriliş yolu ilə hakimiyyətə gəldiyinə dair iddiaları rədd etdiyini bildirib.

Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ Rusiyanın nüfuza malik olduğundan əmindir. O, separatistlərlə Rusiya arasında bağlılıq olduğunun şübhə doğurmadığını deyib.

ABŞ prezidenti Barak Obama da Rusiyanın Ukraynada gərginliklərin azaldılması sahəsində lazımi addımlar atmadığı təqdirdə, o ölkəyə qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG