Accessibility links

BMT-nin baş katibi Ban Gi Mun veteran diplomat Staffan De Misturanı vətəndaş müharibəsinin dördüncü ildir davam etdiyi Suriyaya yeni elçi təyin edib.

İsveç əsilli De Mistura 30 ildən çoxdur dünyanın ən iğtişaşlı yerlərində işləməsi də daxil olmaqla, BMT-də fərqli diplomatik vəzifələrdə çalışıb.

Onun icra etdiyi vəzifələrə BMT-nin Əfqanıstana elçisi vəzifəsi də daxildir. De Mistura həm də İraq və Livanda xidmət göstərib.

O, Suriyada vətəndaş müharibəsinə son qoymaqda müvəffəqiyyətsizliyə uğradıqdan iki il sonra may ayında istefa verən Laxtar Brahimini əvəz edəcək.

XS
SM
MD
LG