Accessibility links

Robert De Nironun 70 yaşı tamam olur


Dünya şöhrətli aktyor Robert De Nironun 70 yaşı tamam olur. Yubileyindən əlavə aktyor kinoya gəlişinin 50-ci ildönümünü qeyd edir.

1963-cü ildə “Toy gecəsi” filmində bəyin dostlarının birinin obrazını yaratması De Nironun debütu olur. Film maliyyə səbəbləri ilə böyük ekranlara yalnız 1969-cu ildə çıxır.

“Qəzəbli küçələr” filmindən sonra De Niro ”Xaş atası” filmində Vito Korleone roluna dəvət alır. Məhz bu rola görə o, tərəf müqabili kimi Oskar mükafatına layiq görülür.

1980-ci ildə Hollivud ilduzu “Vəhşi öküz” filmində yaratdığı boksçu roluna görə ən yaxşı aktyor kimi Oskar mükafatı qazanır.

1980-1990-cı illərdə Robert de Niro “Bir dəfə Amerikada”,”Qorxu burnu”, ”Toxunulmazlar”, “Kazono” və digər filmləri ilə pərəstişkarlarını valeh edir.

70 yaşlı aktyor çəkilişlərə ara vermir. Təkcə 2012-ci ildə De Niro 10 filmdə iştirak edib. 50 illik aktyorluq fəaliyyəti dövründə o, 100-dən artıq filmdə çəkilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG