Accessibility links

"Ölməyə yardım" qanunu terminal xəstələrə seçim verir [Video]


Oreqona ştatında “Ölməyə Yardım” qanununun qüvvəyə minməsindən sonra ötən 18 il ərzində həkimlər 750-yə yaxın ölümcül xəstəyə ölmələrinə yardım üçün dərman verib. Ölüm dozalı dərmanlar Birləşmiş Ştatların 4 ştatında – Nyu-Meksiko, Vaşinqton, Vermont və Montana ştatlarında da qanunidir.

Nyu-York sakini Sara Mayersə 4 il əvvəl ölümcül iflic xəstəliyi diaqnozu qoyulub və onun ömrünə 5 il qaldığı deyilib. “Mən yolun sonuna doğru gedirəm, sürətlə olmasa da, yavaş-yavaş. Mən getdikcə çətin nəfəs alıram və sonda aparatların altında nəfəs almaq istəmirəm.”

Evtonaziya Amerikanın bir çox ştatlarında qadağandır

Evtonaziya Amerikanın bir çox ştatlarında qadağandır

Sara Meyer dərman içərək ölmək istəyir – nə qədər ki, udquna bilir. O, ştatı ölmək hüququ uğrunda məhkəməyə verən 8 adam sırasındadır.

David Levin Nyu-Yorkda “Həyatın Sonu Seçimləri” təşkilatının icraedici direktorudur. “Burada söhbət yalnız xəstənin ölməsindən getmir, burada məsələ xəstənin necə ölməsindən və qərarın kim tərəfindən verilməsindən gedir.”

Belə addımı dəstəkləyənlər təşəbbüsün adını “Ölməyə Yardım” hərəkatı qoydular. Hərəkatın əsas ilhamvericilərindən biri bu yaxınlarda Kaliforniyadan ağır beyin xərçəngi olan gənc Britni Meynarddır ki, o, xəstəxana yatağında əzab çəkmədən ölmək istədiyini deyib. “Mən ölərkən həyat yoldaşımın və anamın yanımda olmalarından əmin olmaq istəyirəm. Mən dünyamı öz evimdə dəyişmək istəyirəm. Mən ölərkən əllərimin ərimin və valideynlərimin əlində olmasını isteyirəm.”

Həyatının sonuna 6 ay qalmış öldürücü dərmanlardan istifadə etmək yalnız Amerikanın bir neçə ştatında icazə verildiyi üçün Britni Oreqon ştatına köçüb. O, digət ştatları da belə bir qanun qəbul etməyə çağırır.

“Uzunmüddətli ağrı və acılardan xilas olmaq insanların haqqıdır. Xahiş edirəm, ölməyə yardım maddəsini Amerikanın səhiyyə qanununa daxil edin.”

Uzunmüddətli ağrı və acılardan xilas olmaq insanların haqqıdır. Xahiş edirəm, ölməyə yardım maddəsini Amerikanın səhiyyə qanununa daxil edin.

Nyu-York və Kaliforniya ştatları da daxil edilməklə, bu yaxınlarda 20 ştatda yerli qanunvericilər belə bir qanun layihəsini təqdim ediblər. Katolik liderlər və qanundan sui-istifadə ediləcəyini deyən əlil qrupları onlara qarşı çıxır.

“Hələ Ölməmişik” qrupundan T.K.Smol deyir ki, belə bir qanun çox baha olduğuna görə müalicə oluna bilməyən bəzi xəstələrin ölümcül dərman almalarına yardım edə bilər, çünki bu dərmanlar daha ucuzdur. “Əgər sənə müalicə üçün kimya-terapiyası təyin edib, 300 dərman resepti veriblərsə, bu, çox baha başa gəlir.”

Onun sözlərinə görə ölmək istəyənlər ağrı dərmanlarını qəbul edib, əvəzində yemək və içməkdən imtina edə bilərlər.

“Ölməyə Yardım” planını dəstəkləyənlər isə terminal xəstələrə qayğı proqramlarının əzab-əziyyəti uzatdığını deyirlər. Bu yaxınlarda keçirilən rəy sorğuları göstərib ki, hər dörd amerikalıdan üçü indi hesab edir ki, ağrı çəkən terminal xəstələrə öz həyatlarına son qoymaq hüququ verilməldir.


XS
SM
MD
LG