Accessibility links

Ölü Dənizdə tapılan əlyazmaların 1200 yaşı var [Video]


Ölü Dənizdə tapılan əlyazmaların 1200 yaşı var
please wait

No media source currently available

0:00 0:03:05 0:00

XX əsrin ortalarında Ölü Dənizdə tapılan əlyazmalar hələ də qədim İsraildəki həyat və din haqda təsəvvür yaratmaqda davam verir. Los-Ancelesdə təşkil olunan sərgidə müasir texnologiya vasitəsilə bu qədim sənədlər o dövrün reallıqlarını ictimaiyyətə göstərir.

İsraildən kənarda təşkil edilən bu ən böyük sərgi Kaliforniyanın Elm Mərkəzində nümayiş etdirilir. Ziyarətçilər burada Roma ordusundan gizlədilərək, İordan Çayının Qərb Sahilindəki mağarada saxlanılan və müasir dövrdə aşkar edilən birinci əsrdən qalma əlyazmaları görə bilər.roma

Yüzillikər öncə yazılmış, lülə şəklində bükülmüş bu kağızlar həmin ərazidə yaşayan yəhudilər və ilk xristianların həyatından xəbər verir.

İsrailin Los-Ancelesdəki baş konsulu David Sigel bu sənədlərin özündə təriqət yazılarının, eləcə də İncilin üç əsas mətninin bir araya gəldiyini deyir. “1970-ci ildə bir çoban mağaraya girərək, bu əlyazmaları tapdıqda, onların İncilin ilk əlyazmaları olduğu məlum oldu. Bu da onların yəhudilərə aid olduğunu göstərir. Lakin bu əlyazmalar xristianlar və müsəlmanlar üçün də vacibdir.”

Kaliforniyanın Elm Mərkəzindən Diana Perlov alimlərin papirus kağızları üzərində yazılan yüzlərlə parçanı birləşdirərək, müasir texnoloyiya vasitəsilə öyrəndiklərini deyir. “Alimlər yazıları oxumaq üçün Karbon-14 mülti-spektral şəkildən, DNK təhlillərindən və başqa vasitələrdən istifadə edərək bu əlyazmaları oxumağa nail oldular.”

Sərginin kuratoru Risa Levitt Kon regiondakı quru iqlimin yazıların qorunmasına yardım etdiyini deyir. “Sənədlərin yaxşı qalmasına səbəb Ölü Dənizin unikal iqlimi, temperatur və nəmişlik, əsasən də mağarada gizlədilməsi olub.”

Burada nümayiş etdirilən krallığa aid və gündəlikdə istifadə edilən ritual əşyaların təxminən 1200 yaşı var. Buradakı əşyalara sikkələr, Qərb Divarının 3 tonluq daşı və romalıların 70-ci ildə dağıtdığı ikinci yəhudi ibadətgahının qalıqları daxildir.

İsrailin Qədim Tarixi Abidələr Departamentindən Debra Ben-Ami araşdırmaların hələ də davam etdiyini deyir. “Biz keçmişdən başlayaraq, müxtəlif vaxtlardan, müxtəlif yerlərdən gələ-gələ tarixi tədqiq etmişik.”

Ben-Ami deyir ki, hələ ortada çox sual var ki, bu sıraya həmin əlyazmaları gizlədənlərin kimliyi daxildir. Alimlər bütün bu suallara cavab tapmaq üçün həmin əlyazmalar üzərində tədqiqatı davam etdirir.

XS
SM
MD
LG