Accessibility links

Respublikaçı və Demokrat partiyalarından ABŞ prezidentliyinə namizədlər seçkilərdə partiya adından iştirak etmək uğrunda mübarizə zamanı ümumi 20 əsas debat keçirib. Növbəti keçiriləcək debat öz orijinallığı ilə hər kəsi təəccübləndirmiş seçki müddətinin ən qeyri-adi debatı olacaq.

Adətən namizədlər partiyalarından nominasiya edilənədək öz aralarında debatlar keçirir.

Hər iki partiya üçün nominasiya iyuldan öncə olmasa da Late Night Talk şousunun təşəbbüsü ilə Respublikaçı namizəd Donald Tramp və Demokrat namizəd Berni Sanders arasında debat qarşıdakı iki həftə ərzində mümkün olacaq.

Tramp çərşənbə günü ABC kanalının Jimmy Kimmel Live verlişinə müsahibəsi zamanı aparıcı Kimmel Sandersin Demokrat partiyasında əsas rəqibi olan Hillari Klintonun seçkilərdə açar rolunu oynayan Kaliforniya ştatında iyunun 7-də keçiriləcək səsvermədən öncə debatdan imtina etməsi mövzusuna toxunub.

Bundan sonra aparici əvəzində Trampın Sanderslə debatının mümkün olub-olmamasını soruşub. Trump isə yayımdan əldə olunan gəlirin xeyriyyə məqsədi ilə istifadə olunacağı təqdirdə buna razı olacağını bildirib.

Sanders də öz növbəsində çox keçmədən təklifi qəbul edib.

“Mübarizə davam edir. Mən iyulun 7-də keçiriləcək səsvermədən öncə Donand Trampla debatı səbirsizliklə gözləyirəm,” deyə Sanders öz Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG