Accessibility links

Prezidentliyə namizədlər Dağlıq Qarabağ, sosial durumdan danışıb. Qarşılıqlı ittihamlar üstünlük təşkil edib

İctimai Televiziyanın canlı efirində prezidenliyə namziədlərin növbəti debatı olub.

Sayca dördüncü debat sərt tənqidlər müstəvisində davam edib, bəzi namizədlər isə təhqiramiz ifadələri hələ də leksikonundan çıxarmayıb.

Azərbaycanın seçki tarixində ilk dəfə İslam Partiyasının nümayəndəsi namizədin tribunasından təbliğat üçün istifadə edib. Bu Ədalət Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlyas İsmayılovun tribunası olub.

Prezidentliyə namizədlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, korrupsiya, rüşvət, inhisarçılığa qarşı mübarizə, aqrar sektorun inkişafının vacibliyi, iqtisadi inkişaf, əmək haqları, siaysi fəallar və onların övladlarına qarşı təzyiqlərlə bağlı danışıb.

XS
SM
MD
LG