Accessibility links

Qubad İbadoğlu: Azərbaycanın başqa qurumda olması müstəqilliyi üçün təhlükələr yarada bilər [Video]


Qubad İbadoğlu

Qubad İbadoğlu

Dekabrın 7-də NİDA Vətəndaş Hərəkatı Avropa Birliyi, yoxsa Gömrük İttifaqı? mövzusunda Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında debat-müzakirə keçirilib.

Debatda iqtisadçı ekspert Qubad İbadoğlu və “New Baku” Post qəzetinin baş redaktoru Tofiq Abbasov iştirak edib.

Qubad Ibadoğlunun fikrincə, Avropanın Azərbaycanla əlaqələrini enerji siyasətində görməsi ilə bağlı deyilənlər əsassızdır.

“2030-cu uldə Azərbaycan Avropaya 30 milyard kub metr qaz verə bilər. Bu zaman Avropanın qaz istehlakı 630 milyard kub metr olacaq”.

Ekspert Azərbaycanın Avropa İttifaqına üzvlüyünün bir sıra sahələrdə problemlər yarada biləcəyi ilə bağlı fikirləri də qəbul etmir.

“Azərbaycanın 5-6 ildən sonrakı inkişafı rəqabətli istehsaldadır. Bunun üçün Azərbaycanda açıq bazaar, liberal iqtisadiyyat olmalıdır. İqtisadiyyat modernəlşdirilməli, Avropa texnologoyaları və təhsili lazımdır. Problemlərin həlli yolu budur”, o qeyd edib.

İqtisadçı hesab edir ki, Avropa gələcək deməkdir.

“Azərbaycan Avropa İttifaqına üzv olması üçün Avropa standartlarına uyğun iqtisadi və siyasi sistem formalaşmalıdır. Avropa seçkisini, problemləri ədalətli həll edən Avropa məhkəməsini Azərbaycana gətirmək istəyirik”, ekspert bildirib.


Debatla bağlı videoya baxın:

XS
SM
MD
LG