Accessibility links

ABŞ-ın təhqiqatçıları təyyarə qəzasının səbəblərini araşdırır


ABŞ hökumətinin təhqiqatçıları şənbə günü San Fransisko beynəlxalq hava limanında qəzaya uğrayan təyyarənin eniş mexanizminin təyyarə yerə dəydikdən sonra sıradan çıxdığını deyib.

San Fransiskoda keçirilən mətbuat konfransında çıxış edən Milli Nəqliyyat Təhlükəsizliyi heyətinin sədri Debora Hersmen baş vermiş qəzanın səhnəsini təsvir edib.

Boeng 777-nin qəzaya uğraması nəticəsində iki çinli məktəbli qız həlak olub və 300-dən çox sərnişinin 180 nəfəri xəsarət alıb.

Təyyarənin qara qutusundan əldə olunan məlumat onun yerə enən an həddindən artıq aşağı sürətlə getdiyini göstərib.

Hersmen qəzanın baş verməsinin başlıca səbəbi ilə bağlı məlumat verməkdən yayınıb. Lakin Milli Nəqliyyat Təhlükəsizliyi heyəti tərəfindən verilən məlumatda qəzanın pilotun səhvi üzündən baş verdiyi ehtimal edilir və təhqiqatın bu istiqamətdə getdiyi deyilir.

Qəzanın səbəblərinə dair yekun qərarın çıxarılması bir ay vaxt alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG