Accessibility links

“Debut” bankın vəzifəli şəxslərinə cinayət işi qaldırılıb


Muhaajiriin iyo qaxooti socda, kadib markii ay kasoo gudbeen xuduudda Greek iyo Macedonia, meel u dhow xaafadda Gevgelija.
Muhaajiriin iyo qaxooti socda, kadib markii ay kasoo gudbeen xuduudda Greek iyo Macedonia, meel u dhow xaafadda Gevgelija.

Bankın vəzifəli şəxsləri 2 milyon 961 min 500 manat güzəştli dövlət kreditini mənimsəyib

“Debut” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debut” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar var.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG