Accessibility links

Fransa rəsmiləri dekabr ayının 21-i yüzlərlə zəvvarın axışdığı Buqaraç dağının zirvəsini polisin mühasirəyə aldığını deyib. Bəzi insanlar Maya kaledarına görə dekabr ayının 21-i dünyanın sonunun gələcəyini ehtimal edir.

Bu gələn adamlar Buqaraç kəndi yaxınlığındakı dağın Apokalips zamanı təhlükəsiz yer olacağı barədə şaiyələrə inanırlar.

Lakin Fransa rəsmiləri dekabr ayının 19-u və 23-ü arasında dağın zirvəsinə aparan yol və yeraltı keçidlərin qarşısını alıb. Buraya yalnız yerli kəndin 200 sakininin daxil olmasına icazə veriləcək.

Rəsmilərin sözlərinə görə təxminən 100 polis və yanğınsöndürən zirvəyə aparan yolların qarşısını alacaq.

Bu arada Buqaraç kəndinin meri şaiyələr nəticəsində kəntdəki evlərin qiymətlərinin iki-qat artdığını deyib. Lakin hələ ki, kəntdə o qiymətə ev alan olmayıb.

1230 metr hündürlükdə, Fransa ilə Andorra sərhədində yerləşən dağ Korbiers silsilə dağları arasında ən yüksəyidir.

Dekabr ayının 21-də Apokalipsin olacağı barədə şaiyələrə aydınlıq gətirmək üçün NASA bəyanat yayıb. Bəyanatda Maya proqnozlarının təhrif olunduğu deyilir.
XS
SM
MD
LG