Accessibility links


Ötən günlərdə 18-19-cu əsrlərin tanınmış türk şair, ozan və arifi Savalı Dədə Telim Xanın İranın Mərkəzi vilayətinin Sava şəhərində anım mərasimi keçirilib.

Şairin Savanın Bayat qəsəbəsində yerləşən doğma kəndi Mərəğeydə keçirilən bu törənə Azərbaycan şəhərləri və İranın digər bölgələrindən mədəni fəallar, şairlər, yazarlar və bir qrup Şahsevən aşıqları qatılıb.

İsla News veb səhifəsinə istinadən, bu törən Telim Xan adına keçirilən 10-cu qurultay olub. Mərasimdə böyük arifin ruhuna fatihə oxuduqdan sonra, türkcə şeirlər söylənilib və aşıq mahnıları səsləndirilib.

Dədə və həkim ləqəbləri ilə tanınan Telim Xanın məzar daşı üzərində onun 1758-ci ildə anadan olub 1831-də isə vəfat etdiyi qeyd edilir.

Telim Xanın şeirləri İran Azərbaycanı ilə yanaşı, digər türk tayfaları, o cümlədən Qaşqay türkləri arasında da yayılıb və aşıqlar tərəfindən indiyə kimi oxunur.
Şairin şeir divanının birinci cildi tədqiqatçı Əsədullah Əmiri tərəfindən hazırlanıb çap edilib.

Tanınmış şair və yazar Seyid Heydər Bayat Azərbaycan türklərinin mədəniyyətində müstəsna rolu olan Telim Xan bu sözləri yazıb: “Telim Xanın yaşamı əfsanələşmiş və onun şeirləri ilə yanaşı, həyatı da bir dastan kimi aşıqlar tərəfindən söylənilər.”
XS
SM
MD
LG