Accessibility links

Senatorun oğlunun tibbi ekspertizasının nəticələri açıqlanıb


Virciniya senatoru Krey Didsin oğlunun cəsədi üzərində aparılan tibbi ekspertizanın nəticəsi açıqlanıb. Məlumatda senatorun oğlunun özünü güllə ilə vurduğu təsdiq edilib.

2009-cu ildə namizədliyini qubernator vəzifəsinə irəli sürən Demokrat senator çərşənbə axşamı Bat Mahalındakı evində oğlu tərəfindən baş və bədən nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb.

Virciniya ştat polisi senatorun 24 yaşlı oğlu Ostin Didsin atasını yaralayandan sonra özünü güllə ilə vurduğunu bildirsə də, detallar barədə məlumat verməyib.

Rəsmilər hansı silahdan istifadə edildiyi barədə məlumatın təhqiqatlardan sonra açıqlanacağını deyib.

Senator Krey Didsin vəziyyətinin stabil olduğu bildirilib.


XS
SM
MD
LG