Accessibility links

Kipr liderləri bazar ertəsinədək 7.5 milyard dollar əldə etmə yollarını araşdırmaq üçün bu gün yenidən bir araya gəliblər. Bazar ertəsi borc böhranı yaşayan adanın Avropa İttifaqının xilas paketindən istifadə edib-etməməsinə qərar verməsi üçün son gündür.

Kiprlə Rusiya arasında mümkün xilas paketi barədə danışıqlar bu gün nəticəsiz başa çatıb. Rusiyanın maliyyə naziri Anton Siluanov Rusiya investorlarının Kiprin təkliflərində maraqlı olmadıqlarını deyib. Təkliflərdən biri hal-hazırkı 3.2 milyard dollar kreditin müddətinin uzadılması idi.

Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu borclarını defolt etməməsi üçün Kiprə 13 milyard dollar dəyərində xilas paketinə razılıq verib. Lakin onlar Kiprin müflis olan banklarına yardım etmək üçün məbləğın yerdə qalan hissəsinin hökumət tərəfindən təmin edilməsini istəyir.
XS
SM
MD
LG