Accessibility links

Beynəlxalq Universitetin keçmiş dekanı rüşvətdə ittiham olunur


Rüşvət

Rüşvət

O, 40 min 500 manat rüşvət almaqda şübhəli bilinir

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin vəzifəli şəxslərinin işi üzrə istintaq başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə istintaq zamanı Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib edib.

Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.

Xatırladaq ki, Abdullayev mühacirət edib və Fransada sığınacaq alıb. 2012-ci ildə o, keçmiş deputat Gülər Əhmədova ilə söhbətini əks etdirən qalmaqallı videoçarx yayıb. Görüntülərdə Əhmədova Abdullayevi 1 mln. dollara 2005-ci il parlament seçkilərində qələbə ilə təmin etməyi təklif edirdi.

Bundan sonra Abdullayevə qarşı bir neçə cinayət işi açılıb.

XS
SM
MD
LG