Accessibility links

Dəməşq yaxınlığında 45 cəsəd tapılıb

Suriya paytaxtının sakinləri Dəməşq yaxınlığında iki ayrı yerdə kütləvi qırğına məruz qaldığı ehtimal olunan 45 naməlum insan cəsədi tapıblar.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının bildirdiyinə görə cümə axşamı şərqdə yerləşən Zamalka əyalətındə ən azı 23 cəsəd, paytaxdan cənub-şərqdən yerləşən Qatanada isə 22 cəsəd aşkar olunub.

Həmçinin qrup Dəməşqlə qonşu olan Kazaz şəhərində cümə günü hökumət qoşunları ilə inqilabçılar arasında qızğın qarşıdurmanın baş verdiyini bildirib.

Bu arada Suriya prezidenti Bəşar əl-Əsədə sadiq qüvvələr İordaniya ilə sərhəddə yerləşən və münaqişədən canını qurtarmağa çalışan qaçqınların tranzit məntəqəsi kimi istifadə etdiyi qəsəbəni yenidən nəzarət altına götürüblər.

Cümə axşamı səhər saatlarında yüzlərlə əsgər tankların müşayəti ilə Tel Çehab qəsəbəsinə hücum edərək, xeyli insanları həbs edib və inqilabçıların sığınacaqlarını atəşə tutublar.
XS
SM
MD
LG