Accessibility links

Suriya dövlət televiziyasının bildirdiyinə görə, bu gün Dəməşqdə BMT müşahidəçilərinin qaldığı mehmanxana yaxınlığında partladılan bomba 3 nəfərin yaralanmasına səbəb olub. Məlumatda bombanın yanacaqla dolu yük maşınına yerləşdirildiyi deylir.

Suriyanın daxili işlər naziri Feysəl Mekdad partlayış zamanı BMT müşahidəçilərindən xəsarət alanın olmadığını bildirib. O, eləcə də beynəlxalq ictimaiyyəti terrorizmə qarşı birgə mübarizəyə çağırıb.

Avqustun 19-da, müşahidəçilərin bu ölkədəki missiyasının sona çatacağından bir neçə gün əvvəl, BMT Təhlükəsizlik Şurası çərşənbə günü Suriyadakı vəziyyəti bir daha müzakirə edib.

Çinin rəsmi "Xalq" qəzetinin bugünkü baş məqaləsində Qərb dövlətlərinin BMT-də Suriya hava zonasında qeyri-uçuş zonası tətbiq etmək barədə müzakirələri təndiq olunur. Belə bir planın BMT müşahidəçilərinin və Təhlükəsizlik Şurasının birgə işinə əngəl olduğuğu deyilir.
XS
SM
MD
LG