Accessibility links

Məşhurlar: Demi Murun qızlarının onunla ünsiyyəti kəsdiyi barədə şayiələr gəzir


Aktrisa Demi Murun üç qızı yenə də onunla ünsiyyəti kəsib.

Rumer və Demi

Rumer və Demi

New York Daily News qəzetinə istinadən Deminin keçmiş həyat yoldaşı Bryus Villisdən olan övladları Rumer, Tallula və Skot Deminin son dəfə qəribə davranışından sonra onunla bütün əlaqələri kəsib.

Ötən il Eşton Kuçerdən ayrılandan sonra qızların onunla barışmasına baxmayaraq, deyilənə görə onlar 50 yaşlı aktrisanın kef məclislərindən təngə gəlib. Yəqin ki, münasibətin pozulmasına böyük bacı kimi Rumer qərar verib. Rumer anasının 26 yaşlı Vito Şneybl ilə münasibətlərindən narazıdır.

Demi Murun Basel İncəsənət sərgisində davranışına baxmayaraq, Gossip Cop veb səhifəsi məlumat verib ki, deyilənlər yalandır və uşaqlar anaları ilə birlikdə qalır.


Ümid edirik ki, deyilənlər doğrudur və onlar birlikdədir.
XS
SM
MD
LG