Accessibility links

Rusiya və Azərbaycan dəmir yolları rəhbərləri əlverişli əməkdaşlığı müzakirə edib


Şimal-Cənub dəhlizi
Şimal-Cənub dəhlizi

Moskvada “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, tədbir iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Oleq Belozyorov arasında əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq baş tutub.

Yığıncaqda Rusiya-Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin nümayəndə heyətləri, Azərbaycan, həmçinin Hindistan (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas - Qəzvin - Astara) - Azərbaycan (Astara-Yalama), Rusiya (Samur-Moskva), habelə Hindistan (Cəvahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas - Qəzvin - Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur - Sankt Peterburq), bununla yanaşı, Hindistan (Cəvahirləl Nehru limanı (Nava-Şeva) - İran(Bəndər-Abbas - Qəzvin - Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Buslovskaya) - Finlandiya (Helsinki) və İran (Tehran-Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Moskva) marşrutları üzrə yükdaşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəlib. Bu ilin mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir.

Tərəflər arasında növbəti görüşün mart ayında Bakıda keçirilməsi üzrə razılıq əldə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG