Accessibility links

Cavid Qurbanov: Gələn ilin əvvəlindən Avropaya ən qısa yolla yükdaşıma həyata keçirmək mümkün olacaq


İyunun 9-da Bakıda dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası öz işinə başlayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin məlumatına görə, iclasda Koreya Respublikasının DYƏT-ə üzv olması, DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı, DYƏT Komitəsinin 2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi, DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının tarixi, keçirilmə yeri və gündəliyi və BMT-nin İqtisadi Komissiyasının “Ümumavropa və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru” iş üzrə DYƏT-in Komitə sədrinin məlumatı üzrə məsələlər müzakirə olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi başa çatıb. İndi ətraf ərazilər abadlaşdırılır. Türkiyə hissəsində işlər ilin sonu üçün başa çatacaq və ilin sonu üçün istismara veriləcək.

"Gələn ilin əvvəlindən Avropaya ən qısa yolla və daha ucuz yükdaşıma həyata keçirmək mümkün olacaq. Layihə çərçivəsində müxtəlif ölkələrlə Azərbaycan ərazisindən yük daşımalarının asanlaşdırılması barədə danışıqlar aparılır. Bu, yük axınının xeyli artması ilə nəticələnəck", o qeyd edib.

Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçivəsində DYƏT-in 60 illik yubileyi də qeyd edilir.

Dəmir Yolu Əməkdaşlıq Təşkilatı (Organization for Cooperation of Railways)1956-cı il 28 iyunda Sofiyada keçirilən Beynəlxalq Konfransda qeyri-hökumət təşkilatı kimi yaradılıb.

DYƏT-in əsas vəzifələri: beynəlxalq yük və sərnişin daşımalarının gələcək inkişafı, dəmir yolu, avtomobil nəqliyyatı və şosse yolları sahəsində elmi-texniki əməkdaşlıq, texniki tərəqqiyə yardım, bu nəqliyyat növlərinin işinin əlaqələndirilməsidir.

DYƏT-in ali idarəedici orqanı – dəmir yolu və avtomobil nəqliyyatını idarə edən Nazirlər İclasıdır. Bu orqanın sessiyaları hər il keçirilir. Komitə - İclasın icraiyyə orqanıdır.

DYƏT-in mənzil-qərargahı Varşavada (Polşa) yerləşir.

Hazırda Avropanın və Asiyanın 27 dövləti DYƏT-in üzvüdür. Azərbaycan DYƏT-ə 1993-cü ildən üzv seçilib.

DYƏT çərçivəsində bir sıra sazış və qaydalar mövcuddur: Beynəlxalq yük əlaqələri haqqında Saziş (СМГС), Beynəlxalq sərnişin əlaqələri haqqında Saziş (СМПС), Beynəlxalq əlaqələrdə vaqonların istifadəsi Qaydaları haqqında Müqavilə (ППВ), Beynəlxalq dəmir yolu sərnişin tarifi haqqında Müqavilə (МПТ), Vahid tranzit tarifi haqqında Müqavilə (ЕТТ), Beynəlxalq sərnişin və yük əlaqələrində daşımalara dair hesablama qaydaları haqqında Müqavilə.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG