Accessibility links

Son yarım əsrdə Türkiyənin ən görkəmli liderlərindən biri, sabiq prezident Süleyman Dəmirəl 90 yaşında dünyasını dəyişib.

Ankaranın Güvən xəstəxanasının həkimləri nəfəs yolu infeksiyasından müalicə olunan cənab Dəmirəlin ölümü ilə bağlı məlumatı bu gün açıqlayıb.

Hakimiyyətə 1960-cı illərdə gələn Süleyman Dəmirəl beş dönəm baş nazir fəzifəsində çalışdıqdan sonra 1993-cü ildən 2000-ci ilədək ölkənin prezidenti olub. Cənab Dəmirəl iki dəfə, əvvəlcə 1971-ci ildə, ikinci dəfə isə 1980-ci ildə ordu tərəfindən devrilib, lakin 1991-ci ildə hakimiyyətə baş nazir kimi qayıdıb.

Mühəndislik təhsili alan cənab Dəmirəl Türkiyə kənd təsərrüfatına əsaslanan iqtisadiyyatdan ağır sənaye sahəsinin üstünlük verildiyi iqtisadi sistemə keçdiyi bir dövrdə fermerlərin müttəfiqi olub. Onun səyləri sayəsində Türkiyədə həyat standartları xeyli yüksəlib.

Cənab Dəmirəlin həyat yoldaşı Nəzmiyə xanım 2013-cü ildə vəfat edib. Onların övladı olmayıb.

XS
SM
MD
LG