Accessibility links

"Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən - Qafqaz regionu” biznes-forumu keçirilir


"Dünyanın dörd tərəfini birləşdirən - Qafqaz regionu” biznes-forumu
"Dünyanın dörd tərəfini birləşdirən - Qafqaz regionu” biznes-forumu

Noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu” biznes-forumu keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, tədbirdə 1520 mm məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərləri iştirak edir.

Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və

"Dünyanın dörd tərəfini birləşdirən - Qafqaz regionu” biznes-forumu
"Dünyanın dörd tərəfini birləşdirən - Qafqaz regionu” biznes-forumu

“Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı və logistik zəncirvari əlaqələrin qurulması və digər məsələlər müzakirə ediləcəkdir.

Biznes forumunun açılış mərasimində çıxış edən Azərbaycanın baş nazirin müavini Abid Şərifov deyib ki, indiyədək ölkədə nəqliyyat infrastrukturunun inkişafına 25 mlrd dollar yatırılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov isə bildirib ki, "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn ilin ortalarına kimi yekunlaşacaq". Türkiyə sahəsində tikinti hələ davam edir, Gürcüstan sahəsində elektrik təchizatı və siqnalizasiya sistemləri quraşdırılır.

Biznes forumda "Azərbaycan Dəmir Yolları" QSC ilə "Ukrayna Dəmir Yolları" PSC, "Rusaqrotrans" QSC, "Transkonteyner" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumu imzalanıb. Bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC və "TransKonteyner" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında, "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans" QSC arasında strateji əməkdaşlıq haqqında memorandum, "RJD Stroy" SC ilə "Bakı Metropoliteni" QSC arasında əməkdaşlıq haqqında və Hindistan Nəqliyyat-Logistika Assosiasiyasılarının Federasiyası və "RJD Logistika" SC arasında strateji tərəfdaşlıq barəsində memorandum imzalanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG