Accessibility links

Demokrat namizədlərin ilk debatı [Video]


Onlar Suriya, enerji siyasəti və silahlara nəzarət daxil olmaqla, bir sıra məsələlər üzərində nübahisə ediblər.

Prezidentliyə beş demokrat namizəd çərşənbə axşamı Las Veqasda ilk debatını keçirib. Onlar Suriya, enerji siyasəti və silahlara nəzarət daxil olmaqla, bir sıra məsələlər üzərində nübahisə ediblər.

Düşünürəm ki, ABŞ Putinə aydın bir şəkildə bildirməlidir ki, onun Suriyadakı mövcudluğu, xaos yaratmağı, Əsədin əvəzindən insanları bombalaması qəbuledilməzdir.

Debatda öndə gedən Hillari Klinton və onun əsas rəqibi Vermont senatoru Berni Sanders gölənilməz olaraq bir məsələ üzərində razılaşıblar.

Bu məsələ Klintonun dövlət katibi olduğu zaman şəxsi email hesabından istifadə etməsi üzərində uzun müddətdir davam edən mübahisədir.

Berni Sanders: “Mən bir şey demək istəyirəm ki, bu yaxşı siyasət kimi qiymətləndirilməyəcək. Amma mən düşünürəm ki, dövlət katibi düz deyir: Amerika xalqı onun emaillarından bezib.”

Hillari Klinton: “Mən də.”

Berni Sanders: “Bəsdirin email haqda danışdıq. Gəlin Amerikanın üzləşdiyi real məsələlər barəsə danışaq.”

Hillari Klinton

Hillari Klinton

Buna baxmayaraq onlar Rusiyanın müdaxiləsindən sonra ABŞ-ın Suriyadakı fəaliyyəti ilə bağlı fikir ayrılıqları yaşayıblar.

Hillari Klinton: “Düşünürəm ki, ABŞ Putinə aydın bir şəkildə bildirməlidir ki, onun Suriyadakı mövcudluğu, xaos yaratmağı, Əsədin əvəzindən insanları bombalaması qəbuledilməzdir.”

Berni Sanders: “Mən də ABŞ-ın İraqdakı kimi başqa bir bataqlığa cəlb olunmaması üçün əlimdən gələni edəcəm, çünki İraq bu ölkənin tarixindəki ən böyük xarici siyasət səhvi olub.”

Merlilend qubernatoru Martin O’Malli isə bu məsələ ilə bağlı fərqli fikir bildirib.

Martin O'Malli: “Mən hərbi müdaxilə üçün tələsməzdim. Məncə hazırda Suriyada uçuşa qadağan bölgənin tətbiq olunması səhv olardı.”

Əgər biz milli təhlükəsizlik strategiyamız baxımından bir yerə diqqət yetirməliyiksə, Çinlə əlaqələrimizi bərpa etməliyik, çünki bu bizim üçün ən böyül strateji təhlükədir.

Sabiq Rod Aylend qubernatoru Linkoln Çafei Klintonun Senatda İraqa müdaxiləənin leyhinə səs verməsinin hələ də problem olduğunu deyib

Linkoln Çafi: “O zaman İraqda kütləvi qırğın silahlarının mövcudluğuna dair heç bir real sübut yox idi. Mən bunu bilirəm.”

Sabiq Virciniya senatoru Cim Vebb-in isə fərqli bir xarici siyasət prioriteti olub.

Cim Vebb: “Əgər biz milli təhlükəsizlik strategiyamız baxımından bir yerə diqqət yetirməliyiksə, Çinlə əlaqələrimizi bərpa etməliyik, çünki bu bizim üçün ən böyül strateji təhlükədir.”

Debatda həmçinin silahlara nəzartlə bağlı böyük fikir ayrılıqları müşahidə edilib. Klinton Sandersi silah istehsalçılarını müdafiə etməkdə günahlandırıb.

Hillari Klinton: “Sanders Amerikada yeganə bu sənayeni toxunulmazlıqla təmin edir. Yəni silah istehsalçılarından başqa hər kəs etdiyindən məsuliyyət daşımalıdır. Biz bunun qarşısını almalıyıq.”

Berni Sanders: “Ucqar bir ştatın senatorı kimi demək istəyirəm ki, senator Klintonun bağırmağı bizə istədiklərimizə nail olmağa kömək etməyəcək. Bizim etmək istədiyimiz isə silahları təhlükəli insanlardan uzaq tutmaq və bu zorakılığa son qoymaqdır.”

Debatda vitse-prezident Co Bayden haqda çox danışılmasa da, onun yaxın zamanda namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.

XS
SM
MD
LG