Accessibility links

Honq Konq nümayişçiləri rəsmilərin aksiyalarda xarici qüvvələrin əli olduğuna dair iddialarını rədd edir


Honq Konqda demokratik islahatlar tələb edən nümayişçilərin liderləri şəhərin icra hakiminin nümayişlərin xarici qüvvələr tərəfindən dəstəkləndiyi haqda iddialarını kəskin şəkildə rədd edib.

İcra hakimi Leunq Çin-yinq televiziya ilə çıxışında həftələrdir davam edən nümayişlərin tam demokratik hərəkat olmadığını deyib.

Honq Konq Tələbələr Federasiyası təşkilatının rəhbəri Aleks Çov cənab Leunq Çin-yinqin iddialarını rədd edərək, onun sözlərini uydurma adlandırıb.

Honq Konq polisi ilə nümayişçilər arasında həftə sonu qarşıdurma yaşanıb. Onlarla polis Monq Kok rayonunda nümayişçiləri dağıtmağa cəhd edib.

Qarşıdurma Honq Konq hökumətinin çərşənbə axşamı nümayişçilərlə danışıqlar aparmağa razılıq verdiyini elan etməsindən bir neçə saat sonra baş verib.

Cənab Leunq danışıqlara açıq olduğunu bildirsə də, Pekin rəsmiləri 2017-ci ildə keçiriləcək seçkilərdə namizədlərlə bağlı qərarın dəyişilməyəcəyini və bundan artıq seçki islahatlarının aparılmayacağını bildirib.

Sentyabr ayının sonlarından başlayan nümayişlər zamanı polislə şəhərin mərkəzinidə barrikadalar quran etirazçılar arasında dəfələrlə qarşıdurma baş verib. Nümayişçilər Çinin 2017-ci ildə keçiriləcək seçkilərə müdaxilə etməməsini tələb edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG