Accessibility links

Honq Konq rəsmiləri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb


Honq Konq rəsmiləri nümayişlərin keçirildiyi əsas küçələri barrikadalardan təmizləyib və "Zəbt Et" hərakatının iki liderini həbs edib.

Polis Monq Kok rayonu ərazisində küçələrdən barrikadaları təmizləyərkən bir neçə nümayişçi nəzarət altına alınıb. Tələbələrin liderləri Lester Şum və Coşua Vonq saxlanılanlar arasındadır.

Qarşıdurma numayişçilərin iki aydır küçələrdə yerləşdirdiyi barrikadaları yığışdırmağa çalışan işçilərə mane olduğu vaxt baş verib.

Qırmızı rəngli beysbol papaqları və üzərində "Mən Honq Konqu sevirəm" sözləri yazılmış köynəklər getmiş işçilər minlərlə polis tərəfindən dəstəklənib.

Barrikadalar və çadırlar yığışdırıldıqdan sonra əsas küçələrdə nəqliyyat bərpa edilib.

Bu, artıq üçüncü dəfədir ki, rəsmilər Honq Konq Ali məhkəməsinin qərarına əsasən küçələrdən barrikadaları yığışdırmağa cəhd göstərir.

Etirazçılar dövlət binalarının yanında nümayişləri davam etdirir.

XS
SM
MD
LG