Accessibility links

Ban Ki Mun: Xalqlar insan cildində avtoritarizm axtarmır


Ban Ki Mun Suriyada insan hüquqlarının pozulması hallarına dair məlumatların narahatedici olduğunu deyib

Ban Ki Mun Suriyada insan hüquqlarının pozulması hallarına dair məlumatların narahatedici olduğunu deyib

Sentyabrın 15-i Beynəlxalq Demokratiya Günüdür.

Sentyabrın 15-i Beynəlxalq Demokratiya Günüdür.

Demokratiya günü münasibəti ilə BMT Baş katibi Ban Ki Munun müraciətində deyilir ki, ötən bir ildə demokratiya tarixində möhtəşəm hadisələr baş verib.

“Bu tarix ləyaqət və insan hüquqları, korrupsiyanın aradan qaldırılması, gələcəkdə öz sözünü söyləmək, ədalət və siyasi qüvvənin düzgün bölünməsi uğrunda çalışan insanlar tərəfindən yazılmaqdadır”.

Baş katibini fikrincə, demokratiya tarix hələ bu gün başlamaqdadır.

“Demokratiya bir gecəyə ərsəyə gəlmir, bir il ərzində və ya bir-iki seçki keçirilməsi ilə qurulmur. Demokratiya davamlı və əziyyət tələb edən işdir. Eyni zamanda, bu işə başladığın an artıq geriyə yol olmur”.

Ban Ki Mun hesab edir ki, islahatlar real olmalıdır.

“Xalqlar insan cildində avtoritarizm axtarmırlar. Onlar qanunun aliliyi çərçivəsində hüquq və imkanlar şəraiti, fəal vətəndaş cəmiyyəti, bacarıqlı və məsul dövlət orqanları tərəfindən dəstəklənən təşəbbüskar özəl sektor istəyirlər”.

Onun fikrincə, bütün tərəflərin iştirakının təmin olunduğu dialoq önəmlidir.

“Müxtəliflik güc deməkdir. Biz plüralizmə azlıqda və müxtəlif növ təhlükəyə məruz qala biləcək insanların haqlarının müdafiəsini təbliğ etmək üçün çalışmalıyıq. Qadınlar demokratik gələcəyin qurulmasına yönəlmiş bütün səylərin mərkəzində durmalıdırlar. Onlar dəyişiklik uğrunda gedən hərəkatların ön cəbhəsində olmuşlar. Onların idarəçilik və qərar qəbul etmə prosesində öz həqiqi sözlərini demək haqları var”.

Sənəddə deyilir ki, gənclərin də səsləri eşidilməli və diqqət yetirilməlidir.

“Dünyada baş verən əsaslı demoqrafik təzyiq bunu artıq mütləq bir hala çevirir. Məyusedici perspektivlər və məsuliyyətsiz hökumətlərlə üzləşən gənclər gələcəklərini qurmaq üçün özləri hərəkətə keçəcəklər”.

Baş katib bildirir ki, uzun müddətli uğurun əsasında duran bu zəruri şərtlərə dəstək, bu ilin mövzusu olan demokratiya təhsilidir.

“Həqiqətən də, köklü və ya kövrək, qədim və ya yeni demokratiyada bütün millətlərin vətəndaşları öz hüquq və məsuliyyətlərini tamlıqla anlayırlar. Bütün bunlar, xüsusilə, yenicə demokratik uğurlar əldə etmiş ölkələrə inkişafın dayanmaması üçün lazımdır”.

Birləşmiş Millətlər Təşkilatı bütün təhsil təşəbbüslərinin və uzun müddətli idarəçilik strategiyasının ayrılmaz hissəsi olaraq, demokratiya təhsilini inkişaf etdirən qlobal və yerli təşəbbüslərin yaradılması üçün tərəfdaşlarla işləmək üçün əlindən gələni əsirgəmir.

“Gəlin ən yaxşı təcrübələri yaratmaq və paylaşmaq üçün beynəlxalq təhsil ekspertləri və Hökumətlər arasında əməkdaşlıq quraq. Gəlin yeni media sayəsində mümkün olan imkanları tədqiq etmək üçün vətəndaş iştirakına əsaslanan mədəniyyət yaradaq və dərs proqramları və təlim metodlarının tərtib edilməsində ölkələrə dəstək olaq.
Gəlin hər kəsə, xüsusən də keçid dövrü yaşayan və ən çox ehtiyacı olan cəmiyyətlərə demokratiya təhsilini gətirmək üçün çalışaq”, - sənəddə vurğulanır.
XS
SM
MD
LG