Accessibility links

“Demokratiya naminə oxu” fəalları Rusiyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcək

“Demokratiya naminə oxu” (Sing for democrasy) hüquq-müdafiə kampaniyası sentyabrın 1-də bu ilin fevralında Xilaskar İsa məbədində istehzalı ibadət keçirən “Pussy Riot” qrupunun üç ifaçısının Rusiyada 2 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq Rusiyanın Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.

Aksiya iştirakçıları həbs edilmiş qızların azad edilməsini tələb edir. Piket təşkilatçıları Bakı meriyasına xəbərdarlıq məktubu göndərib.

Kampaniyanın koordinatoru Rəsul Cəfərov deyib ki, aksiya təşkilatçıları pravoslavların dini hisslərinə hörmətlə yanaşır, lakin qızlara verilən cəzanı siyasi sifarişlə qəbul edilmiş qeyri-adekvat sərt cəza hesab edir.

Bundan başqa, Facebook şəbəkəsində bu aksiya ilə bağlı xüsusi qrup yaradılıb. https://www.facebook.com/events/308504165913425/.

“Demokratiya naminə oxu” hüquq-müdafiə kampaniyası bu ilin may ayında Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsi ilə əlaqədar yerli qeyri hökumət təşkilatları tərəfindən yerli və beynəlxalq demokratik ictimaiyyətin diqqətini Azərbaycanda insan hüquqları sahəsində problemlərə çəkmək məqsədilə təşkil edilib.
XS
SM
MD
LG