Accessibility links

Demokratlar silahlara nəzarətə dair islahatlar tələbi ilə oturaq aksiyanı davam etdirir


ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların silahlara nəzarətə dair islahatlar tələbilə aksiyası ilə qarşılaşan respublikaçılar işi iyulun 5-ə qədər dayandırmaq haqda qərar veriblər.

Bir neçə demokrat qanunverici Nümayəndələr Palatasının iclas zalında oturaq aksyanı davam etdirməyə söz verib.

Nümayəndələr Palatasında işə fasilə verilməsi ilə bağlı qərar Konqresdə respublikaçıların aras-sıra səs verməsi, demokratların isə “Qanun layihəsi olmasa, fasilə də olmayacaq” şüarı bağırması və spiker Pol Rayanı fitə basması şəraitdə gecə qəbul edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların oturaq aksiyası
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların oturaq aksiyası

Səsvermələr arası respublikaçılar Nümayəndələr Palatasında fasilə elan edib, bu isə o deməkdir ki, zalda kamera və mikrofonlardan istifadə edilə biləməz. Demokratlar mobil telefonlardan istifadə edərək etiraz aksiyasını Facebook və Periscope səhifələrində birbaşa canlı yayımda göstərib. ABŞ-ın kaberl şbəkəsi olan C-SPAN Nümayəndələr Palatasının zalından birbaşa canlı yayım əvəzinə, demokrat qanunvricilərin videolarını nümayiş etdirməyə başlayıb.

Vətəndaş hüquqları müdafiəçisi kimi tanınan Corciya ştatının qanunvericisi Con Lyuis Florida ştatının Orlando şəhərində oldu silahla törədilmiş kütləvi qətl hadisəsinə cavab olaraq respublikaçıları qanun layihəsini qəbul etməyə çağırıb.

Gecə saat 4-dən əvvəl demokrat qanuvericilər Nümayədələr Palatasında çıxışlarını davam etdirib. Con Lyuis deyib ki, Amerika xalqı qanunvericilərin fəaliyyət göstərməsini itəsyir və demokratlar iyul ayında Nümayəndələr Palatasında fasilədən sonra aksiyanı davam etdirəcək.

Nümayəndələr Palatasının spikeri Pol Rayan demokratları “reklam fəndləri” göstərdiklərinə görə tənqid edib.

Nümayəndələr Palatasında bu aksiya keçən həftə Senatda demokratların məsələyə münasibət bildirməsindən sonra keçirilib. Konnektikut ştatından demokrat senator Kris Mörfinin 15 saat dayanmadan nitq söyləməsindən sonra Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell silahlara nəzarətə dair qanun layihəsi ilə bağlı səsvermənin keçirilməsinə razı olub.

XS
SM
MD
LG