Accessibility links

Demokratlar Konqresdə silahlara nəzarətə dair səsvermənin keçirilməməsinə etiraz bildirib


ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat qanuvericilərin oturaq aksiyası
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat qanuvericilərin oturaq aksiyası

ABŞ Konqresində onlarla demokrat qanunverici respulikaçıların ölkədə ən böyük kütləvi qətl hadisəsindən sonra silah satışlarının məhdudlaşdırılması ilə bağlı səsvermə keçirməkdən imtina etməsinə qeyri-adi oturaq aksiya ilə etiraz bildirib.

Qanunvericilər Nümayəndələr Palatasının qarşısında əksəriyyətdə olan respublikaçıların lideri, spiker Pol Rayanı gələn həftə üçün müəyyən olunmuş bir həftəlik fasilə zamanı partlamentin sessiyasını davam etdirməyə məcbur etmək üçün etiraza aksiyası keçirdiklərini bildiriblər. Demokratlar debatların keçirilməsinə çağırıb və silah alan şəxslərlə bağlı məlumatların daha ciddi yoxlanılması və terrorçu olmaqda şübhəli bilinən şəxslərin silah almasının qarşısının alınması ilə bağlı təkliflərin səsə qoyulmasına çağırır.

Demokratlar “Qanun layihəsi olmasa, fasilə də olmayacaq” bağırıb.

Ağ Evin sözçüsü Coş Ernest Nümayəndələr Palatasında etiraza dəstək bildirib. O deyib ki, qanunvericilərin silahlara nəzarətlə bağlı səsvermənin keçirilməsinə dair çağırışı Birləşmiş Ştatlarda “Konqresin silah alıcılarına qarşı yeni məhdudiyyətləri qəbul edə bilməməsi ilə bağlı narazılığı əks etdirir.

Ağ Ev bu həftənin əvvləi Senatı Floridanın Orlando şəhərində Amerikada anadan olmuş müsəlman Ömər Mətinin iyunun 12-də 49 adamın ölümü, 53 adamın yaralanması ilə nəticələnmiş silahlı hücumundan sonra fəaliyyət göstərməməsini “qorxaqlıq” kimi qiymətləndirib.

XS
SM
MD
LG